Putin İlham Əliyevə məktub göndərdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Putin İlham Əliyevə məktub göndərdiRusiya prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.  ANS PRESS-in məlumatına  görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Rusiya prezidentinin Azərbaycan prezidenti ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Özbəkistan, Türkmənistan, Moldova, Tacikistan, Qırğızıstan prezidentlərinə də təbrik məktubu göndərdiyi qeyd olunur.V.Putin Ukrayna və Gürcüstan xalqlarını da təbrik edib.

 
Putin Bakıya gəlir?
Təbrik məktubunda Qələbə Gününün hər zaman xalqların birliyi və qəhrəmanlıq simvolu kimi qalacaq müqəddəs bayram olduğu qeyd olunur. Rusiya prezidenti keçmişdəki faciəvi hadisələrin təkrarlanmasının və ümumi tarixə yenidən baxılmasının yolverilməz olduğunu xüsusilə qeyd edib

 Belarus prezidenti Aleksandr Lukaşenko da Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.

ANS PRESS-in  "Belta"-ya istinadən verdiyi məlumata görə ,  bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Belarusun dövlət başçısı Böyük Vətən müharibəsində Qələbə gününün bayramedilməsi ərəfəsində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna prezidentlərinə təbrik məktubu ünvanlayıb.




xtehsil