ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında "Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib.


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan dosent Adil Nuriyev son statistik məlumatlara görə, Azərbaycanda qadınlar arasında təxminən 91% süd vəzi xərçənginin yayıldığını bildirib.


Onun sözlərinə görə, belə xəstələrin ən böyük şansı erkən diaqnostikadır.


"Süd vəzisində problem olan qadınlar zamanında həkimə müraciət etməklə öz yaşamaq şanslarını artırırlar. Ona görə də özündə hər hansı dəyişikliyi hiss edən qadınlar vaxtında peşəkar həkimlərə müraciət etməklə, yaranacaq problemlərin qarşısını almış olarlar”.


Daha sonra ATU-nun Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu, Azərbaycan və Avropa radioloqlar cəmiyyətinin həqiqi üzvü Günel Qəmbərova çıxış edib.


O bildirib ki, süd vəzinin özünün orqan olaraq, xəstəliyi yoxdur. 


"Süd vəzinin yeganə xəstəliyi onun xərçəngidir. Digər süd vəzi xəstəlikləri isə başqa orqanlarda gedən dəyişikliklərin nəticəsində yaranan xəstəliklərdir. Bunlar qalxanvari, mədəaltı vəz, ginekoloji, böyrəküstü vəzi və eyni zamanda beyində yerləşən hipofizdir. Bu orqanlarda olan problemlər süd vəzidə dəyişiklikləri yaradır”.


Avropa Radioloqlar və Amerika Radioloqlar assosiasiyalarının son protokolunu tədbir iştirakçılarının diqqətinə çatdıran G. Qəmbərova bildirib ki, orda süd vəzi müayinələrinin müxtəlif ölkələrdə müxtəlif strategiyalarla əsaslandırılması məsləhət görülüb və müəyyən yaş dövründən sonra qadınlarda skrininq proqramının edilməsinin vacibliyi vurğulanıb.


"Skrininq proqramına əsasən, Qafqaz bölgəsində olan qadınlar 35 yaşdan, digər ölkələrdə isə 40 yaşdan yuxarı qadınlar ildə bir dəfə Mammoqrafiya müayinəsindən keçməlidirlər. Əgər 35 yaşa qədər bir qadında hər hansı bir problem yoxdursa, onun mammoqrafiya müayinəsindən keçməsinə ehtiyac yoxdur. Mammoloqun baxışı yetərlidir. Əgər yaşı 30-dan aşağı olan bir qadında süd vəzi xərçəngi ehtimalı varsa, bu zaman mammoqrafiya müayinəsi vacibdir”.


Mammaoloq bu gün bir çox qadınların əziyyət çəkdiyi menstrual tsikl zamanı yaranan ağrılardan da danışıb:"Hər bir qadın menstrual tsikldən öncə süd vəzidə müəyyən ağrılar və bərkimələrin olduğunu deyir. Belə qadınlara mammoloqun baxışından sonra lazımi müayinələrdən keçmək məsləhət görülmür. Bu qadınlar eyni zamanda müəyyən analizləri də verməklə özlərində hər hansı bir xəstəliyi aşkarlaya və yaxud inkar edə bilərlər”.


Silikonların süd vəzi xərçəngi yarada biləcəyi ehtimalına da toxunan G.Qəmbərova titan tərkibli silikonların bir o qədər də qorxulu olmadığını deyib:

 

"Amma silikonlar mütləq simmetrik vəziyyətdə süd vəzidə yerləşdirilməlidir. Silikon qoyduran xanımlar mütləq vaxtlı-vaxtında müayinələrdə iştirak etməlidirlər. Çünki, silikonların ölçüsünün dəyişib-dəyişmədiyini həkim tərəfindən baxılması vacibdir”.


Duktoqrafiya müayinəsi haqqında da məlumat verən mammoloq-radioloq bu müayinə metodunun həkimdən çox həssaslıq və incəlik tələb etdiyini deyib:


"Heç bir müayinə süd vəzi axarlarını bu müayinə vasitəsi kimi dəqiq informativliklə göstərə bilmir. Əgər süd vəzi axarlarında patoloji sekresiya, qanlı, qəhvəyi, irinli ifrazat gəlirsə, seroloji müayinə və mütləq Duktoqrafiya müayinəsi aparılmalıdır. Bu yegane metoddur ki, axacaqdaxili papilomanə, pappilomatozu, süd vəzi axacaqdaxili xərçəngi göstərə bilir. Xəstədə USM və Mammoqrafiya, eləcə də vizual və palpator baxış zamanı heç bir kütlə görünmürsə, ancaq buna baxmayaraq xəstədən ifrazat gəlirsə, burda yeganə üsul Duktoqrafiyadır”.


G. Qəmbərova sonda onu da vurğulayıb ki, mammoloqun baxışı olmadan hər hansı USM və Mammoqrafiya müayinəsinin nəticəsi normal olsa da, bu heç də xəstəliyin olmadığı anlamına gəlməz. Bu baxımdan ildə bir dəfə həkim qəbulunda olmaq vacibdir.


Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və sual-cavabla yekunlaşdı.

ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib 





Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Nar nəyə xeyirdir?- ARAŞDIRMA

Nar nəyə xeyirdir?- ARAŞDIRMA

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

"Azərbaycan təhsilində qadınlar üçün yaxşı imkanlar var"-Efiopiyanın birinci xanımı

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

ADPU-da “Mən Xocalıyam” adlı tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Qax rayonunda  “Müstəqilliyimiz əbədidir”  adlı tədbir keçirildi.

Qax rayonunda “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi.

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub