İnnovasiya ekosistemi və ali təhsil


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İnnovasiya ekosistemi və ali təhsil

Oktyabrın 19-da "İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.


Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının  Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri  iştirak ediblər.


Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl  qurumların  birgə innovasiya ekosisteminin təşəkkülü  ilə bağlı  fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.


Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov insan kapitalının inkişaf etdirilməsi sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından olan Berkli Kaliforniya, Stenford universitetləri, "Global Innovation Catalyst” şirkəti ilə əməkdaşlığın ölkəmizin ali təhsil sistemi üçün yeni imkanlar yaradacağını bildirib. Ölkə rəhbərinin təsdiq etdiyi iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri kimi insan kapitalının vacibliyini vurğulayan təhsil naziri bu tədbirin gələcəyə baxış strategiyaları ilə innovasiyaların inkişafına xidmət edəcəyini  bildirib.


Nazir qeyd edib ki, bu üç tərəfli sinerjidə ali təhsil müəssisələri platforma rolunu oynaya bilər. İnnovativ ekosistemin formalaşması və inkişafında sahibkarlıq universitet modelinin günümüzdə daha da aktuallaşdığını qeyd edən Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin bu formada fəaliyyət göstərməsi üçün ilk addımlar atdığını bildirib.  


Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə strateji yol xəritələrində startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılmasına xüsusi yer verildiyini, iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyaların dinamik inkişafı məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atıldığını vurğulayıb. Nazir həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin bir sıra ali təhsil müəssisələrində biznes inkubatorların yaradıldığını, "SABAH” qrupları ilə əməkdaşlıq memorandumunun imzalandığını diqqətə çatdırıb. 


Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün göstərilən dövlət qayğısından danışaraq Azərbaycanda innovativ iqtisadiyyata təkan vermək məqsədi ilə bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.

Rəsmi çıxışlardan sonra "Global Innovation Catalyst” şirkətinin qurucusu və sədri Kəmran Elahianın "Qazıntı iqtisadiyyatından innovativ iqtisadiyyata” mövzusunda təqdimatı olub.

Berkli Kaliforniya Universitetinin professoru Qreqori LaBlank "Startap ekosistemi: Silikon Vadisinin əsasları və hökumətin rolu” mövzusunda çıxış edib.


Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seminar iştirakçıları ilə görüşüb.

Üç gün davam edəcək seminarda iştirakçılar tərəfindən sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üç illik fəaliyyət planının hazırlanması nəzərdə tutulur.


Seminar çərçivəsində vençur maliyyəsi, sahibkarlıq təhsili, mədəniyyəti mövzusunda təlim və müzakirələr, vençur investorların panel müzakirəsi təşkil olunacaq.


Tədbir Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti tərəfindən təşkil olunub. Tədbirin baş sponsoru "Kapital Bank”, sponsorları isə Azərbaycan İnvestisiya Şirkəti, "AzIntelekom” MMC və AMEA Yüksək Texnologiyalar parkıdır.


İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

 

 





Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

"Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik"

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..