Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirləndirilən Qəfər Hacıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Aztəhsil.com report.az-a istinadən xəbər verir ki, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin bəraət hökmü ləğv edilib və Q.Hacıyevin barəsində ittihamedici hökm çıxarılıb.

 

Belə ki, o, Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirli bilinərək, Q.Hacıyev 1 il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum edilib. Həmçinin o, 500 manat məbləğində cərimə cəzasına məhkum olunub.


İttiham aktına əsasən, Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Q.Hacıyev 13 may 2013-cü il tarixdə, saat 09.00-da dərsə gecikmiş, məktəbin 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdə dərsə gecikmə hallarının qarşısını almaq fikrinə düşüb gəlib.


O, şagirdlərə cəza tədbiri tətbiq etmək qərarına gəlib. Bu məqsədlə Q.Hacıyev çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan A.İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilsə də, A.İlyasov ürək çatışmazlığından ölüb.


Q.Hacıyev qanunsuz hərəkətləri ilə A.İlyasovun ölümünə səbəb olub. A.İlyasov 19 oktyabr 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.

 

Q.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə onun A.İlyasovun ölümündə günahkar olması sübuta yetirilməyib və buna görə də barəsində bəraət hökmü çıxarılıb.


Hökmdən bir müddət sonra Baş Prokurorluq apelyasiya protesti versə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Prokurorluq məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.





Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı:

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəldi

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəldi

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Azərbaycanda məktəb direktoru həbs olundu

Azərbaycanda məktəb direktoru həbs olundu

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda məktəb direktoru jurnalistə:

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq