Daha bir xarici universitetdə Azərbaycan multikulturalizmi dərslərinə start verilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Daha bir xarici universitetdə Azərbaycan multikulturalizmi dərslərinə start verilib

Yaponiyanın Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər keçirilir.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.

 

Aztəhsil.com azərtac-a istinadən xəbər verir ki, hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetində "Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinindən AZƏRTAC-a bildiriblər ki, bu yaxınlarda bu sıraya daha bir xarici universitet də əlavə olunub.

 

Yaponiyanın sayılıb-seçilən və ən güclü 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universitetinin Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin cari ilin mayında əldə edilmiş razılaşması əsasında baş tutub. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə təhsil alan yaponşünas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Tədrisə hazırlıqlara avqust ayından start verilib və universitetin düşərgəsində, eyni zamanda, elektron ünvanında dərslərlə bağlı elanlar paylanıb. Dərslər yapon dilində keçirilir.


Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycan ilə bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.


Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş” və "Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, bu yaxınlarda işıq üzü görən "Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır.


Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə "Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.





Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirildi

ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirildi

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

Qərb Universitetində müasir laboratoriyalar qurulur

Qərb Universitetində müasir laboratoriyalar qurulur

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

BDU-nun Yapon dili şöbəsinin təkmilləşdirilməsi layihəsi üzrə müqavilə imzalanıb

BDU-nun Yapon dili şöbəsinin təkmilləşdirilməsi layihəsi üzrə müqavilə imzalanıb

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub