Xəbərlər / Texnologiya
19 oktyabr 2017
2 823


Sahibini razı salan ƏN YAXŞI SMARTFONLAR

Sahibini razı salan ƏN YAXŞI SMARTFONLAR

 

"Consumer Reports” təşkilatı öz istifadəçilərini tam olaraq təmin edə bilən  smartfonların reytinqini yeniləyib.
 
Məlumata görə, bu siyahıda lider mövqeləri "Samsung” şirkətinin cihazları tutublar. 

İlk yerə hazırkı flaqman "Galaxy S8” layiq görülüb. Bu cihaz fəaliyyətində baqların olmamasına və rahat korpusuna görə istifadəçilərin xoşlarına gəlib. Bundan başqa, smartfon dairə halında olan çərçivəsiz displeyə malikdir ki, bu da istifadəçilərə telefonun ekranında daha çox vicet yerləşdirmək imkanı verir.
 
Maraqlıdır ki, bu siyahıda ikinci yeri "Galaxy S8+” smartfonu tutub.

Üçüncü yerdə "Samsung Galaxy S7” smartfonu qərarlaşıb. Bu cihaz innovativ displey və əla kamerası sayəsində populyarlıq əldə edib.

Dördüncü yeri "iPhone 8” smartfonu tutub. Onun ardınca isə ilk beşliyi "iPhone 8 Plus” smartfonu qapayır. 

Maraqlıdır ki, "Apple”in daha köhnə modelləri hələ də əski populyarlığından istifadə edir. 
Məqalə Göndər








Загрузка...