Xəbərlər / Saglam həyat
19 oktyabr 2017
5 372


Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanıb. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb.


Təsadüfi deyil ki, həm özümüz, həm də ətrafdakılardan tez-tez bu cür cümlələr eşidirik "Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm”, "Səhər nə yediyim yadımdan çıxıb”, "Açarları qoyduğum yeri unutmuşam”, "Yaddaşım yaman zəifləyib” və sair. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq.


Bəs, bu cür halların yaranmasına nə səbəb olur? Niyə bir zamanlar qocalarda rastlanan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik? Yaddaşsızlıq problemini aradan qaldırmaq olarmı? Ailem.az bu və digər məqamlara aydınlıq gətirməyə çalışıb.


Aztəhsil.com xəbər verir ki, ailəm.az-a problemlə bağlı danışan psixoloq Elnur Rüstəmov deyir ki, bu gün dünya əhalisi yaddaşsızlıq sindromundan və altsheymer xəstəliyindən çox əziyyət çəkir:

 

"Xüsusən yaşa dolduqca problem özünü daha çox göstərir. Əvvəllər altsheymer xəstəliyini adətən 65 yaşdan yuxarı yaşlılarla əlaqələndirirdilərsə, elmin inkişafı xəstəliyə erkən yaşlarda da rast gəlməyin mümkün olduğunu üzə çıxarıb. Belə ki, xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər.

 

Bir də var yaddaşın pozulması ilə bağlı məsələ ki, bu, müxtəlif səbəblərdən ola bilər. Məsələn, stress, diqqət dağınıqlığı bu gün qlobal bir problemdir. Bu nədən yarana bilər? Hazırda bir çoxları işinə konsentrasiya ola bilmir. Bu gün həyatımızda mobil telefon, kompüter və sair kimi diqqəti yayındıran çox şeylər var. Nəticədə insan oxuduğu bir şeyi yaxşı mənimsəyə, onu tam yadında saxlaya bilmir”.


Psixoloqun sözlərinə görə, bu cür hallar insanların beyni həddindən artıq informasiya ilə yükləndiyi üçün yaranır. Ona görə də ifrat informasiya ilə yüklənməmək lazımdır:

 

"Artıq komputerin özü belə, mobil telefona köçürülüb. Ona görə çalışmaq lazımdır ki, mümkün qədər bu vasitələrin istifadəsi azaldılsın. İnsan ifrat informasiya ilə yüklənməsin. Ən azından stresslə necə davranmağı bilmək lazımdır. Bu bir həqiqətdir ki, stressiz həyat yaşamaq mümkün deyil. Ona görə də heç olmasa stresli hallarda nə etmək lazım olduğunu bilmək lazımdır. Dolayısı ilə hər birimiz özümüzün fərdi psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq. Çünki biz hamımız qlobal proseslərin tərkib hissəsiyik. Bu gün nəinki yaddaşsızlıq, ümumiyyətlə, psixoloji problemlər artıb. Bu problemlərin artmasının bir səbəbi də qeyd etdiyimiz kimi, informasiya əsrində yaşamağımızdır”.


Nevropatoloq Rima İbadova məlumat verir ki, yaddaş problemləri özünü klinik olaraq yaddaş, diqqət, dil və koqnitiv pozğunluqla göstərir:

 

"Yaddaş pozğunluqları zamanı yaxın və uzaq yaddaş pozulur. Yaxın yaddaş pozğunluğu daha çox demensiyada, uzaq yaddaş pozğunluğu isə depressiv hallarda müşahidə olunur. Buna Ribo qanunu da deyilir. Yaddaşsızlığın digər adı demensiyadır. Daha çox 60-65 və yuxarı yaşlarda rastlansa da, getdikcə gəncləşməkdədir. Demensiyaya bəzən ağıl zəifliyi də deyilir.


Demensiya qazanılmış bilik və bacarıqların itirilməsi və yenilərinin yaranmamasıdır. Birincili demensiyanın ən geniş yayılmış forması altsheymer xəstəliyidir. Bir də ikincili demensiya mövcuddur. Daha çox damar mənşəli beyin problemləri, B12 vitamin çatışmazlığı, hipotireoz və başqa problemlərdən qaynaqlanır. Həmçinin, internet, kompüter, telefon materiallarından çox istifadə etməyimiz bu problemi erkənləşdirir. O cümlədən, bu, depressiv problemlərlə də müşahidə olunur. Depressiv səbəbli yaddaş problemləri daha qısa zamanlıdır, amma altsheymer daha problemli yaddaşsızlıqdır”.







Загрузка...
Həmçinin oxuyun:
YADDAŞ - 2

YADDAŞ - 2

YADDAŞ-

YADDAŞ-

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

İnformatikadan testlər ( cavabları ilə ) - Qeyri ixtisas müəllimləri üçün  A variantı

İnformatikadan testlər ( cavabları ilə ) - Qeyri ixtisas müəllimləri üçün A variantı

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

YADDAŞ  Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

YADDAŞ Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

Telefonu enerji ilə dolduran və oğrunun şəklini çəkən “ağıllı” pul kisəsi təqdim olunub

Telefonu enerji ilə dolduran və oğrunun şəklini çəkən “ağıllı” pul kisəsi təqdim olunub

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova