Xəbərlər / Mədəniyyət
17 oktyabr 2017
2 227


Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

XVIII əsrin böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin bu il anadan olmasının 300 illiyi tamam olur.

 

Vaqif yaradıcılığı ilə Azərbaycan şеiri tarixində yeni bir dövr başlanıb. Realist şеirin ilk nümunələri Molla Pənahın adı ilə bağlıdır. O, Azərbaycan ədəbiyyatında həm yaşadığı dövrün reallıqlarını açıb göstərən şair kimi, həm də məhəbbət və gözəllik tərənnümçüsü kimi şöhrət qazanmışdır. Şair həm də Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri kimi sarayda xidmət göstərmişdir.


Odur ki, Vaqifin təkcə yaradıcılığı deyil, bir tarixi şəxsiyyət kimi də keçdiyi yol  xalqımız üçün həmişə maraq kəsb edib. Elə on illərlə teatrlarımızın səhnəsindən düşməyən "Vaqif” dramı da, "Vaqif” operası da təsadüfi yaranmayıb. Vaqif irsi daima öyrənilib və sevilərək təbliğ olunub. Əsrlər keçsə də, onun şeirləri, qəzəlləri bu günə qədər  dillər əzbəridir. Bu böyük şəxsiyyətin yaradıcılığı bu gün yalnız sadə xalqın deyil, dövlətimizin də diqqət mərkəzindədir.


Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq,  M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.

 

UNESCO-nun "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na M.P.Vaqifin adının da daxil edilməsi bu qüdrətli söz ustasına verilən yüksək dəyərin göstəricisidir. TÜRKSOY təşkilatına  üzv dövlətlərdə  cari  ilin "Molla Pənah Vaqif ili” elan olunması da buna parlaq misaldır. Ölkəmizin hər bir guşəsində də Vaqifin anadan olmasının 300 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir.


Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 18 oktyabr 2017-ci il tarixində saat 14:00 da keçiriləcək "Üç əsr keçsə də...” adlı bədii-musiqili  gecə  həmin silsilə tədbirlər sırasındadır. Gecədə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aşıqlardan ibarət saz havaları səslənəcək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı” kafedrasının müəllimi, bədii qiraət ustası Məleykə Məmmədova şairin qəzəl və qoşmalarından nümunələr söyləyəcək.


Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri tərəfindən Xalq şairi S.Vurğunun "Vaqif” dramından səhnəcik göstəriləcək, şeirlər səslənəcək, vokal sinfinin trio ansamblının müşayiəti  ilə "Qarabağ şikəstəsi” ifa olunacaq və "Vaqif” dramının səhnə təcəssümünü əks etdirən video-çarx nümayiş etdiriləcəkdir.


Mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri tədbirdə iştirak edəcəklər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

Güllük kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar-Qan Yaddaşımız” adlı silsilə tədbirlər keçirilib

Güllük kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar-Qan Yaddaşımız” adlı silsilə tədbirlər keçirilib

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub