Xəbərlər
16 oktyabr 2017
2 109


Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

"Televiziya rəhbərləri  ədəbi dil normalarını pozan aparıcılara görə  cərimə olunacaqlar”.


Azxəbər.com xəbər verir ki, bunu Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva modern.az-a deyib.

 

O bildirib ki, cərimələrlə bağlı layihə artıq rəhbərliyə təqdim edilib:


"Biz layihəni təklif əsasında hazırlamışıq. Belə ki, Milli Elmlər Akademiyasının Rəyasət Heyətində  Humanitar Elmlər bölməsinin akademik-katibi Teymur Kərimlinin  qaldırdığı məsələyə görə monitorinq şöbəsinin cərimələr barədə təklif hazırlaması tövsiyə edildi. Biz də cərimələr barədə təkliflər planı hazırladıq və artıq rəhbərliyə təqdim etmişik. Layihə qanunvericilik çərçivəsində müəyyən normativlər əsasında nizamlanandan sonra əlaqədar qurumlara icra mexanizminin hazırlanması üçün təqdim olunacaq.


Cərimələr hüquqi şəxslərə şamil olunacaq.  Yəni inzibati tədbir ədəbi dil normalarını pozan aparıcılara yox, televiziya kanallarının rəhbərlərinə ünvanlanacaq. Əgər  küçədə və ya ictimai nəqliyyatda iki nəfər ləhcə ilə danışırsa, onlar cərimə oluna bilməz. Layihəmizdə belə bir şey nəzərdə tutulmur.


Qeyd edim ki, biz ilk növbədə maarifləndirmənin, müəyyən təbliğatların tərəfdarıyıq. 2013-cü ildə "Dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq olunandan sonra keçən 5 il ərzində mütəmadi olaraq monitorinqlər apardıq. Amma maarifləndirmənin icra mexanizmi funksiyasını tam daşımadığını gördük.  Biz hər bir monitorinqdən sonra dəyirmi masalar keçirdik, treninqlər təşkil etdik, buna baxmayaraq eyni  qüsurların olduğunu müşahidə etdik. Yəni fonetik, qrammatik, leksik norma pozuntularına rast gəldik. Qeyd etdiyiniz dialekt və ləhcələr leksik normanın bir hissəsini təşkil edir”.


S.Əliyeva qeyd edib ki, cərimələr reklam lövhələri və çarxlara da şamil ediləcək:


"Maarifləndirmə işlərinə baxmayaraq, sözün mənaya uyğun istifadə olunmaması,  aparıcı nitqinə yersiz alınmaların müdaxiləsi, eyni zamanda, xüsusilə şou verilişlərində  vulqar sözlərin istifadə edilmə hallarını müşahidə etdik. Bu gün elə aparıcılar var ki, dəvət etdiyi qonaqla istədiyi tərzdə danışır. Bu da vətəndaşların önündə səhv cığırın açılması deməkdir.


Həmçinin, bildiyiniz kimi biz küçələrdə, rayon ərazilərində reklam lövhələrinə də baxırıq. Adətən reklamlarda daha çox başqa dillərdən tərcümələrə üstünlük verilir. Təbii, hər dilin öz qanunauyğunluqları var. Bu baxımdan bir dildən digər dilə tərcümə zamanı ciddi problemlər yaranır.  Əgər cərimələr bir neçə ay tətbiq edilsə, sahibkar  növbəti reklamı sifariş edən zaman artıq ədəbi dilin qorunmasında maraqlı olacaq. Bu, televiziyada nümayiş olunan reklam çarxlarına da aiddir”.


Müsahibimiz düşünür ki, cərimələr tətbiq olunarsa, tez bir zamanda müsbət nəticə əldə etmək mümkün olacaq:


"Biz 5 illik maarifləndirmədən sonra ciddi inzibati cəza  tədbirlərinin  tətbiq olunmasını istəyirik. Burada məqsəd hansısa şəxsin müəyyən həcmdə cərimə olunması deyil və bu bizi maraqlandırmır. Tarif Şurasının müvafiq qaydaları çərçivəsində təkliflərimizi vermişik. Məqsədimiz Azərbaycan ədəbi dilinin qorunması və inkişafının təmin olunmasıdır. Sadəcə prosesi sürətləndirmək lazımdır və düşünür ki, cərimələrin tətbiq olunması tez bir zamanda öz müsbət nəticələrini göstərəcək”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ədəbi dil pozuntularına qarşı cərimələrin miqdarı müəyyənləşdirilir

Ədəbi dil pozuntularına qarşı cərimələrin miqdarı müəyyənləşdirilir

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

BDU-nun müəllimi ifaçı haqda: Bu, mənim təhqir olunmağımdır

BDU-nun müəllimi ifaçı haqda: Bu, mənim təhqir olunmağımdır

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Təhsil Nazirliyindən xəbərdarlıq: - "Bu cür yanaşma sui-istifadə və insanları aldatmaq vasitəsidir”

Təhsil Nazirliyindən xəbərdarlıq: - "Bu cür yanaşma sui-istifadə və insanları aldatmaq vasitəsidir”

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət

Nazir: "İşləməyən, özünü doğrultmayan kitabxanaların bağlanmasının tərəfdarıyıq”

Nazir: "İşləməyən, özünü doğrultmayan kitabxanaların bağlanmasının tərəfdarıyıq”

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“