Xəbərlər
14 oktyabr 2017
5 641


Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

 

Son günlər 10-cu sinif rus bölməsi üçün istifadəyə verilən "Ümumi Tarix” dərsliyindəki xəritə qalmaqala səbəb olub. Mətbuat və sosial şəbəkədə bu barədə xeyli müzakirələr aparıldı. Təhsil Nazirliyi müraciəti edən şəxsə təşəkkür edib, dərsliklərin məktəbdən yığışdırıldığını açıqlasa da, müzakirələr davam edir.


Həmin müzakirələr zamanı yaranan suallara son qoymaq, problemin haradan qaynaqlandığını öyrənmək məqsədilə dərslik müəlliflərindən olan Kamran Əsədov  suallarını cavablandırıb:


- Kamran müəllim, həmin xəritə "Böyük Ermənistan”dır?

 

- 10-cu sinif rus bölməsi "Ümumi Tarix” dərsliyinin 32-ci səhifəsində Roma imperiyasının xəritəsi qeyd olunub. Xəritənin şəkli konteksdən çıxarılaraq yayılıb. Yayılan xəritə yalnız "Armeniya" yazılmış hissədir. Bu xəritə dünya tarixində də var. Uğursuzluq odur ki, "Böyük Ermənistan” adlandırılan qondarma dövlətin ərazilərinin sərhədləri dənizdən-dənizə, yəni Xəzərdən Ağ dənizə qədərdir. Həmin xəritədə məqsəd "Böyük Ermənistan” idisə, sərhədlər Ağ dənizə qədər gəlib çıxmalı idi. Nə kitabda, nə də xəritədə "Böyük Ermənistan” ifadəsi işlədilməyib.

 

Xəritədə Roma imperatoru Trayan Adrianın dövründə Romaya tabe edilmiş ərazilər göstərilib. Romalılar e.ə 66-65-ci illərdə Albaniyanı məğlub edib, özlərinə tabe etdilər, e.ə 20-ci ildə Atropatenada hakimiyyətə Romapərəst hökmdar gətirdilər. Bu ərazilər Romaya tabe olmuşdu. Həmin xəritə hazırda istifadə edilən 6-cı sinif "Ümumi Tarix” dərsliyində də (səh.106-107) olduğu kimi verilib. Orada da Roma İmperiyasından asılı olan ərazilər göstərilib. Sadəcə, rus bölməsində Van gölünün yuxarısında Armeniya yazılıb, ancaq bu da erməni dövləti deyil.

 

- O zaman həmin ərazidə göstərilən hissə erməni çarlığının ərazisidirmi?

 

- Oradakı ərazi erməni çarlığı deyil, Ərməni vilayətidir. Onun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur. Bu vilayət e.ə II əsrdən, eramızın II əsrinə qədər Romaya tabe olmuş vilayətdir. Ermənilər Qafqazda deyil, Şərqi Anadoluda - Urmiya gölünün ətrafında kiçik bir çarlıq qurublar. Armeniya vilayəti Şərqi Anadoluda mövcud olmuş kiçik erməni çarlığıdır. 7-ci sinif "Azərbaycan tarixi”, VII cildlik Azərbaycan Tarixi kitabının I cildində 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində ermənilərin Roma ilə müttəfiq kimi iştirak etməsi yazılıb. 387-ci ildə isə erməni çarlığının Sasanilərlə Romalılar arasında bölüşdürülməsi yazılır. Həmin bölüşdürülən çarlıq da xəritədə qeyd olunan yerdə idi. Burada "Böyük Ermənistan” xəritəsi yazılmayıb, xəritə Romanın ərazilərini təsvir edir. Xəritənin altında şərh hissəsində, "Romaya tabe dövlətlər və əyalətlər” yazılıb.

 

Bu o deməkdir ki, həmin ərazilər Romadan asılı olub. Kimlərsə, yalnız həmin hissənin şəkilini çəkib paylaşıb. Xəritənin çatışmazlığı yuxarı hissəsində Albaniya, aşağıda Atropatenanın qeyd edilməməsidir. Armeniyanın qeyd edilməsində heç bir tarixi səhv yoxdur. Bu gün Romanın Kalizeyinin divarında bu xəritə asılıb. İnternetdə Roma imperiyası yazan kimi bu xəritə çıxacaq. Rəsmi İtaliyanın mənbələrində bu xəritə var. İndiyə qədər həmin ərazi 6-cı sinif "Ümumi Tarix” dərsliyindən silinib. Lakin silinmə çıxış yolu deyil. Çünki şagird silinən ərazinin hara olduğunu soruşur. O zaman şagirdə hansı cavabı verməliyik? Qobustan kitabəsində Romalıların burada olması, Trayan Adrianla Albaniya hökmdarları arasında məktublaşmalar var.

 

Biz bunları inkar edə bilmərik. Ərəb xilafəti xətirəsində həm Atropatena, həm də Albaniyanın ərazisi Ərməniyyə adlandırılmışdı. Bu o deməkdir ki, bu ərazilərdə ermənilər yaşayıb? Bu çox gülməli olardı. Nizami Gəncəvinin əsərlərində "ərmən vilayəti çarının qızı” ifadəsi yer alıb, O Ərməniyyə ilə indiki Ermənistanın heç bir əlaqəsi yoxdur.


- Siz xəritəni hansı mənbələrdən əldə etmisiniz?

 

- Xəritə Roma mənbələrindən götürülüb. Problem dünya tarixinin dövrləri ilə bağlı yerli mənbələrdə xəritələrin olmamasından qaynaqlanır. Biz Azərbaycan dilində dünya tarixi ilə bağlı atlas, xəritə tapa bilmirik. Kitab yazanda məcbur qalıb, rus və Avropa mənbələrində bizə lazım olan dövrlə bağlı rəsmi formada təsdiq edilmiş xəritələrdən istifadə edirik. İtaliya dövlətinin Roma tarixinin bu dövrü ilə bağlı məlumatlarında məhz həmin xəritədən istifadə edilib. Bizim dünya tarixinin dövrlərilə bağlı vahid xəritəmiz yoxdur. Dünyanın bütün ölkələrində həm vahid tarix konsepsiyası, həm də öz dillərində mənbələr var.

 

- Bu xəritələri kim hazırlamalıdır?

 

- 26 ildir müstəqilik, lakin tarixin necə yazılması ilə bağlı vahid konsepsiyamız yoxdur. Tarix İnstitutu dövlətlər və dövrlər üzrə istifadə edilməli olan xəritələri təsdiq edib, atlas halında çap etməlidir. Təəssüf ki, bizdə bir dövlətlə bağlı müxtəlif xəritələr var. Biz kitab yazanda internetdən, İtaliya arxivindən xəritə axtarmamalıyıq. Bu zaman dövlətçilik baxımından da problem ortaya çıxa bilər.

 

Hansı ki, bu məsələdə dövlətçiliklə bağlı heç bir problem yox idi, sadəcə ictimaiyyət yanlış yönləndirilib. Heç kim xəritəyə bütöv halda, şərti işarələrlə baxmır. Bundan başqa, dərslik 1 ay ictimai müzakirəyə çıxarıldı, ekspertlər baxdı. Mən kitabın müəlliflərindən olsam da, həmin dövrü yazmamışam. Azərbaycan bölməsinə baxmışam, çünki rus bölməsinin tərcüməçisi, redaktoru var idi. Bu məni məsuliyyətdən azad etmir, lakin şişirdilən kimi də qəbahət yoxdur.


- Həm tarixçi, həm kitab müəllifi, həm də təhsil eksperti kimi belə halların yaşanmaması üçün nəyə diqqət edilməlidir?

 

- Birincisi, kitab yazmaq üçün müəlliflərə az müddət - 2 ay verilib. Problemin kökündə bu durur. Bu müddət ərzində 210 səhifə "Azərbaycan tarixi”, 160 səhifə "Ümumi tarix”, həm də bu həcmdə müəllim üçün metodik vəsait yazılmalıdır. Başqalarının kitabından istifadə plagiatlıq hesab edilir, şəkil və məlumatlar yenidən işlənməlidir.

 

İkinci məqam, kitab birbaşa orta məktəbə istifadəyə verilməməlidir. Pilot olaraq bir neçə məktəbə təqdim edilməli idi. Bu zaman müəllif, redaktor, ekspertlərin gözündən yayınan məqam açıqlanardı. 4500 məktəbdən ən azı 20-nə yeni çap olunan dərslik sınaq məqsədilə verilə bilərdi. Qüsursuz kitab istəyiriksə, bu addım atılmalıdır.

 

Üçüncü məqam, ictimaiyyət və cəmiyyət olaraq bu cür siyasi məsələlərdə birlik nümayiş etdirməliyik. Problem varsa, kimisə günahkar çıxartmaq lazım deyil. Məni erməniyə işləməkdə günahlandırırlar, mənim atam Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, Qarabağ əlilidir. Palçıq atmaq asandır, ortaya yeni dərslik qoymaq lazımdır.

 

Təəssüf ki, qüsuru toy-bayram edirik. Bundan sonra dərslik yazmayacam. Çünki biz yaxşını məhv etməyə hazırıq. Həqiqətən, milləti düşünənlər problemi aradan qaldırmağa çalışar, ittiham etməyə fürsət axtarmaz. Bunu həll etmək çətin deyil. Bir gecənin içərisində kitablar toplandı, nəşriyyatın hesabına yeni dərslik çap olunub məktəblərə paylandı. Bütün bunlarla yanaşı, tariximizə həssas yanaşan insanlara təşəkkür edirəm. Ancaq sevəndə küsdürmək lazım deyil. "Armeniya" sözünü silməklə problemi həll etmirik.

 

Hər kəsdən xahiş edirəm ki, bir məsələni gündəmə gətirməzdən əvvəl araşdırsın. Bütün dərslik boyu milləti, dövlətçiliyi qorumuşuq. Bir dəfə Armeniya vilayətinin adını verməyi qəbahət kimi qəbul etmək doğru deyil. Kitabı bütöv oxusunlar, xəritəyə bütöv halda baxsınlar, şərti işarələrə diqqət etsinlər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Mavr öz işini gördü - Xəritə təxribatına İlham İsmayıldan ilginc politoloji şərh...

Mavr öz işini gördü - Xəritə təxribatına İlham İsmayıldan ilginc politoloji şərh...

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət