Xəbərlər
14 oktyabr 2017
8 469


Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Məlum olduğu kimi, prezident İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. 


Azərbaycanda mühəndis təhsili verən 5 universitet (Azərbaycan Texnologiyalar Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Neft Akademiyası, Bakı Ali Neft Məktəbi) olduğu halda, yeni universitetin yaradılması gözlənilməz addım kimi dəyərləndirilir.


Təhsil sistemindəki mənbələrdən istiqlal.az-a verilən məlumatlara görə,  yaxın gələcəkdə adı çəkilən 5 universitetin ləğvi və onların Bakı Mühəndislik Universitetinə birləşdirilməsi gözlənilir. Bu, ali təhsil sistemində nəzərdə tutulan islahatların bir hissəsidir.

 

Həmçinin yaxınlara başqa universitetlərində birləşdirilməsi gözlənilir. Bu həm ali təsil sisteminin modernləşməsi, həm də dövlət xərclərinin optimallaşdırılmasına səbəb olacaq.


Prezidentin sərəncamında deyilir ki, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın. Yəni prezidentin sərəncamında bir sahə üzrə yox, ali təhsilin bütün sahələri üzrə mühəndis hazırlayan yeni universitetdən söhbət gedir.


Onu da qeyd edək ki, son vaxtlar Təhsil Nazirliyinin tabeçiliyində olan strukturların birləşdirilməsi prosesi gedir. Məsələn, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bir neçə kollec birləşdirilib.


Nazirlər Kabinetinin qərarı ilə  orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.


Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci,Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb.


Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.


Mənbənin məlumatına görə, indi növbə universitetlərin birləşdirilməsinə çatıb. 


Müxalif REAL təşkilatının üzvü Erkin Qədirli də Mühəndislik Universitetinin yaradılmasıyla bağlı qərarı doğru sayır:

 

"Ümumiyyətlə, hesab edirəm ki, mövcud ali məktəbləri islah etmək cəhdləri anlamsızdır. Sistemi (kökündən dəyişmək, tamamilə yeniləmək, sıfırlamaq gərəkdir.  Köhnələrini bağlayıb, məzmun və keyfiyyətcə yenilərini açmağın öz üstünlükləri (sağaltma təsiri) var. Köhnə ali məktəblərdən yalnız Bakı Dövlət Universitetini (Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğuna görə) saxlamaq önəmlidir. Amma orada çox radikal islahatlara gərək var. Ali məktəblərin bir çoxunu Bakıdan çıxarıb, ölkəmizin başqa yerlərinə köçürmək (şəhərlərdən qıraqda kampuslar qurmaq) gərəkdir. Bununla ölkə içində sosial hərəkətlilik (social mobility) də təmin oluna bilər". 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir

Qərb Universitetinin Kolleci bu ixtisaslara qəbul elan edir

Qərb Universitetinin Kolleci bu ixtisaslara qəbul elan edir

Qərb Universitetinin Kolleci qəbul elan edir

Qərb Universitetinin Kolleci qəbul elan edir

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

İnşaat Kolleci Gürcüstan təhsil müəssisələri ilə əməkdaşlığa hazırlaşır

İnşaat Kolleci Gürcüstan təhsil müəssisələri ilə əməkdaşlığa hazırlaşır

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bakı Mühəndislik Universitetində yeni təyinat

Bakı Mühəndislik Universitetində yeni təyinat

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb