Xəbərlər, Valideyn
12 oktyabr 2017
490

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Kamil Zeynallı: "Uşaqları daha çox əlbəyaxa və özünümüdafiə döyüşlərinə yönəldirəm, çünki...”; Vaqif Qarayev: "Aqressiv idman növləri uşaqların psixikasında aqressiya yaradır”.


Azyaşlı uşaqlar, xüsusən də oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar. Övladlarının bu istəyini yerinə yetirən valideynlər də onların yaşından, fiziki sağlamlığından asılı olmayaraq övladlarını həmin idman növlərinə yazdırırlar.


Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.


Uşaqlara ağırlığa meylli idmanlarla məşğul olmaq zərərlidir. Çünki onlar inkişaf mərhələsində olduqları üçün güclü məşğələlərə davam gətirə bilmirlər. Uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat anbarı yetkin insanlarla müqayisədə daha azdır.


Mütəxəssislərin fikrincə, 2-3 yaş arası uşaqlar qaçma, tutma və tullanma kimi hərəkətləri edə bilirlər. Bu səbəbdən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli şəxslərin nəzarəti altında gimnastika hərəkətləri ola bilər. 4-6 yaş: rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idmanlar idealdır. 7-10 yaş: gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə yönləndirilə bilər. 10 yaş və sonrası: əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil olaraq etməyə davam edərkən atletizm, güləşi başlaya bilər. Bir neçə il sonra isə güc tələb edən boks, taekvando və karateyə də keçə bilərlər.


Uşağın 14 yaşından əvvəl boks, güləş və karateyə başlaması məsləhət deyil. Çünki sümüyün inkişafı hələ tamamlanmayıb və bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub olmadığı çox əhəmiyyətlidir. İdman növlərinin başlama yaşı isə bu cürdür: atletizm 10-12 yaş, basketbol 7-8 yaş, boks 13-14 yaş, velosiped 14-15 yaş, artistik gimnastika 5-6 yaş, gimnastika 6-7 yaş, xizək 6-7 yaş, futbol 10-12 yaş, üzmə 3-7 yaş, cüdo 8-10 yaş.


Maraqlıdır, bəs sağlamlıq üçün uşaqları daha çox hansı idman növünə qoymaq olar?

 

İdmançı Kamil Zeynallı bildirdi ki, uşağın hansı idman növünə meylli olduğunu öyrənib onu yaşına uyğun düzgün yönəltmək lazımdır:

 

"8-9 yaşlı uşağı gətirib trenajora yazdırmaq istəyirlər. Mən buna icazə vermirəm ki, uşağın yetişməsinə trenajor ziyandır. Çünki trenajorda hər şey ağırlığın üzərinə qurulub. Mən uşaqları daha çox əlbəyaxa və özünümüdafiə döyüşlərinə yönəldirəm ki, uşaq həm də gələcəyin kişisidir, atasıdır. İndidən özünü müdafiə etməyi bacarmalıdır. Bunu da valideynlərə başa salıram. Özləri də razı qalırlar. Uşağın qolunun, ayağının sınması kimi hadisələr idmanda mümkündür. Travmasız idman növü olmur. Əksinə, uşaq belə mərhələləri keçməlidir ki, dözümlü, iradəli olsun. Sağlamlıq üçün hansı idman növünün seçilməsinin fərqi yoxdur. Əsas odur ki, uşaq hərəkətdə olsun. Uşağın sağlamlığına birinci valideyn nəzər yetirməlidir.

 

Uşaq var ki, 8-9 yaşı var, 50-60 kilodur. Hər şey valideynlərdən irəli gəlir. Uşağa fast-food yedirirlər. Düşünmürlər ki, bununla uşağın gələcəyinə zərər yetirirlər. Əgər valideyn uşağın yemək-içməyinə fikir verməyəcəksə, tək idmanla sağlamlıq ola bilməz. Arıqlamaq istəyən xanımın  da, bəyin də formaya düşməsi üçün 70 faiz qida, sonra isə idman əsas rol oynayır”.


K.Zeynallı qız uşaqlarını yüngül atletikaya, gimnastikaya qoymağı məsləhət gördüyünü dedi:

 

"Bu idman növü qızın qamətinə, bədən quruluşuna, düzgün böyüməsinə, inkişafına, sağlamlığına xeyirlidir. Üzgüçülük, yüngül atletika ən çox qız uşaqlarına qamətinə, boyuna və sağlamlığına görə lazımlıdır”.

 

Pediatr Vaqif Qarayev isə deyir ki, aqressiv idman növləri uşaqların psixikasında aqressiya yaradır:

 

"Uşağın sağlam böyüməsi üçün idman hava-su kimi vacibdir. Uşaqlar aqressiv oyunlara, kinolara çox baxdıqlarına görə daha çox aqressiya tələb edən idmana meyl edirlər. Mən bunu qəbul etmirəm. Xüsusən də kiçik yaşlı uşaqlar gərgin məşqlərə dözmür. İdmanın elə növləri var ki, uşaqları boy baxımından fiziki inkişafdan saxlayır. Mənim valideynlərə təklifim budur ki, uşaqlarını üzgüçülüyə qoysunlar. Bu həm idmandır, həm də suyun sağlamlığa çox ciddi faydaları var. İstər uşaqların normal böyüməsində, çəki atmasında, psixikanın inkişafında üzgüçülüyün çox böyük rolu var.

 

Burada çətin heç nə yoxdur. Uşağı lazımsız dərnəklərə sürükləməkdənsə, üzməyə aparın. Əgər üzgüçülük istəməsəniz, gimnastika da çox gözəl idman növü sayılır. Burada da heç bir aqressiya yoxdur. İstər oğlanlarda, istərsə də qızlarda  əzələ kütləsinin inkişafında, bədənin formalaşmasında, xüsusən də qamətin düzgün olmasında həm gimnastikanın, həm də üzgüçülüyün rolu müqayisə olunmazdır. Mən həkim olaraq bu iki idman növünü məsləhət görərdim. Düzdür, oğlan uşaqları özünü müdafiə etməyi bacarmalıdır, bu mütləqdir. Amma özünü müdafiə etmək üçün bütün oğlanlar professional idmançı olmalıdır? Əzələsində güc olsa, bu, bəs edir”.

 


 







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Deputat məktəblərdə idman dərslərinin problemlərindən danışdı

Deputat məktəblərdə idman dərslərinin problemlərindən danışdı

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Dördüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin nəzərinə

Dördüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin nəzərinə

Azərbaycanda beş yaşlı uşaqdan yeni rekord

Azərbaycanda beş yaşlı uşaqdan yeni rekord

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Stolüstü tennis yarışının qalibi Balakən məktəbliləri olub

Stolüstü tennis yarışının qalibi Balakən məktəbliləri olub

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Cüdo idman növü üzrə birincilik keçirilib

Cüdo idman növü üzrə birincilik keçirilib

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Təhsil Nazirliyi keçirilən

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Bir sinfin iki uğuru

Bir sinfin iki uğuru

“Milli Dirçəliş Günü” münasibəti ilə Samux Rayon TŞ-nin tabeliyində fəaliyyət göstərən UG İM-nin idmançıları arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

“Milli Dirçəliş Günü” münasibəti ilə Samux Rayon TŞ-nin tabeliyində fəaliyyət göstərən UG İM-nin idmançıları arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Fiziki tərbiyə

Fiziki tərbiyə