Xəbərlər, Ziyalılar
11 oktyabr 2017
689

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

 

Ötən həftə dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 6 sentabrda 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. Bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək.


Aztəhsil.com moderator.az-a istinadən bildirir ki, dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək:


Bu dəfə Lütfi Zadənin şah əsəri olan qeyri-səlis məntiq qədər  olmasa da, dünya elmində, qərarqəbuletmə və hesablamada inqilab sayılacaq nəzəriyyəsindən danışacağıq. Təbii ki, Zadənin bütün nəzəriyyələri kimi Z ədədlər nəzəriyyəsi haqqında danışmaq insandan  xüsusi riyazi qabiliyyət, ciddi peşəkarlıq tələb edir. Mürəkkəbliyinə görə seçilən bu nəzəriyyənin mahiyyəti  haqqında danışmaq çətin olsa da, bu yazı Z ədədlər nəzəriyyəsi haqqında yalnız bir informasiyadır.


Əvvəlcə onu deyək ki, "Z ədədlər nəzəriyyəsi” riyaziyyatda əsl inqilabdır. Təsəvvür edin, riyaziyyatın bütün mahiyyəti, ürəyi, qanı olan rəqəmlər bu nəzəriyyədə yoxdu. "Z ədədlər nəzəriyyəsi” birbaşa rəqəmlərdən imtina edir və sözlə hesablamaya meyil göstərir.


Lütfi Zadənin elmi irsinin varisi professor Rafiq Əliyev bir müddət öncə mediaya açıqlamasında  Z ədədləri haqqında qısaca olaraq bunları demişdi:


"Alimlər, dünya alimləri, əsl alimlər ümumiyyətlə iki kateqoriyaya bölünür. Diplom almış və ya akademik rütbəsi almışları demirəm. Əsl alimlər 2 kateqoriyaya bölünür: romantik və  fundamentin üstündə bina qura bilən realist alimlər Məsələn, Nyuton, Enşteyn, Zadə kimi alimlər romantik alimlərdir. Zadə heç olmasa bu günə kimi 10 yeni konsepsiyanın, 10 yeni nəzəriyyənin müəllifidir. 


Yəni O, bir dənə məqalə yazar onun ətrafında dünya 10 il işləməyə başlayar. İkinci kateqoriya alimlər, o fundamentin üstündə bina quran alimlər, həmin o ideyaların üstündə geniş inkişaf eləməyə başlayarlar. İkisi də yaxşıdır, ikisi də gözəldir. Amma, romatik alimlər dünya elm tarixində daha çox qalırlar.

 

Zadənin son işi, əsas son ideyası "elə elm sahəsi yaratmaq lazımdır ki, elə hesab (hesab, yəni arifmetika nəzərdə tuturam) yaratmaq lazımdır ki, bu adi ədədlər ilə işləməsin. Sözlər ilə işləsin, təbii dildə olan informasiya ilə işləsin”. 


Onun yeni bir nəzəriyyəsı var -  "Z” ədədlər nəzəriyyəsi. "Z” hərfi də Zadənin baş hərfindən götürülüb. "Z” ədədlər nəzəriyyəsi ilə bağlı bir məqalə yazdı və onu çox mötəbər sayılan "İnformasıya Elmləri "jurnalında çap elədi. Təvazökarlıqdan qırağa çıxmaq olsa da, məqaləni çap eləyəndə məqalənin başında yazdı ki, bu məqalə professor Rafiq Əliyevə həsr olunur. Yəni, bu bizim birgə ideyamız idi. Axırıncı nəzəriyyəsi budur və bu barədə də "bu cür ədədlərin hesabı ikini ikiyə vurmaq,  onu beşə bölmək , iyirmini otuza çıxartmaq”, yəni bunu hesabda bilirik. Amma bu biri ədədlərdə qeyri-müəyyənlik var, dürüstlüyü nəzərə almaq var. Onların hesabı yoxdur. 


Maraqlıdır ki, bu axırıncı kitabımı mən göndərəndə  həmin nəşriyyat, hansı ki, mənim məqalələrimi görüblər, xahiş etdilər ki, bu cür ədədlərin yeni hesabı haqqında bir kitab nəşr edim. Mən də razılıq verdim. Düzdür, vaxtı bu ilin dekabrına çəkdim. Yəni o təmiz yeni bir hesabdır. Zadənin ideyası üstündə yaradılmış bir hesabdır. Mən də Zadədən xahiş etdim ki, birinci fəsli O yazsın, qalan fəsilləri özüm yazaram. Təxminən Zadənin son nəzəriyyəsi budur”.


Bu nəzəriyyə dahi Zadənin elmi fəaliyyətində tam olaraq başa çatdırdığı və Rafiq Əliyevlə birlikdə kitab şəklində çap olunan bəlkə də, sonuncu elmi işidir. Nəzəriyyə tam hasilə gələndən sonra dünyanın məşhur "World Scientific” elmi nəşriyyatı tərəfindən çap edildi. Azsaylı alimin yaxın düşə bildiyi mötəbər nəşriyyat professor Lütfi Zadənin və Rafiq Əliyevin birgə yazdıqları "The Arithmetic of Z-number, Theory and Application” (Z-ədədləri hesabı, nəzəriyyə və tətbiq) irihəcmli məmuniyyətlə nəşr etdi.


Bu nəzəriyyənin əsas qayəsi klassik ədədlər hesabından və nəzəriyyəsindən köklü surətdə fərqlənir, elmdə yeni bir istiqamət açır. Bu, elm sahəsində ilk kitabdır, tam orijinaldır və müəlliflərin öz ideya və elmi araşdırmalarını əhatə edir.


 





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

Araşdırmaları ilə Avropanı mat qoyan azərbaycanlı professor kimdir?

Araşdırmaları ilə Avropanı mat qoyan azərbaycanlı professor kimdir?

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Ucqar kəndi seçən gənc müəllim

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

İdarəetmədə qərarların qəbul edilməsi metodları

İdarəetmədə qərarların qəbul edilməsi metodları

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.