Xəbərlər / Digər Xəbərlər
03 oktyabr 2017
3 691


Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

 

Bakıda fəaliyyət göstərən kitab satışı məntəqələrində məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan dərsliklərin saxta variantları satışa çıxarılıb.

Bu barədə valideynlərdən biri məlumat verib. 

Belə ki, "28 may" metrosunun çıxışı ilə üzbəüz olan "Student” kitab evindən alınan, 2017-2018-ci tədris ili üçün "Çaşıoğlu” mətbəəsində nəşr edilən, lakin sonradan surəti çıxarılan məktəbəhazırlıq qrupları üçün təlim vəsaitində şəkillər və yazılar keyfiyyətsiz olub. Ekspertlər bu cür kitabların uşaqların səhhətinə zərər vurduğunu deyirlər. Dərsliklərin orijinalı və saxtasının qiyməti eynidir: 16,80 manat.

Məktəbəhazırlıq vəsaiti standartlar və kurikulum əsasında hazırlanıb və Təhsil Nazirliyinin xüsusi əmri ilə buna icazə verilib. "Məktəbə hazırlaşırıq" adlı vəsaitdə 5 kitab yer alıb.

Kitabın giriş hissəsində o da qeyd olunub ki, xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. Dərs vəsaitlərinin ümumilikdə qiyməti 16 manat 80 qəpikdir. 

Saxta dərsliklər Bakıxanov stansiyasının yaxınlığındakı "Zəka” kitab evində və digər bir sıra kitab mağazalarında da satılır.

Təhsil eksperti Kamran Əsədov Report-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda kitab və məktəb ləvazimatları arasında kifayət qədər çox pirat, standartlara cavab verməyən məhsullar var: "Bir çox hallarda ayrı ayrı şəxslər, mətbəələr yeni nəşr olunan, daha çox ehtiyac və tələbat olunan vəsaitləri qeyri-qanuni əsaslarla çap edib, satışa çıxarırlar. Bu məsələ nə qədər hüquqi aspektdə həll olunmalı olsa da, hesab edirəm ki, bizneslə məşğul olan şəxslərin milli hissləri, vətəndaş mövqeyi olmalıdır. Çünki standartlara cavab verməyən vəsaitlərdən istifadə etmək istifadəçilərin sağlamlığına ciddi şəkildə zərər vura bilər. Onlarda görmə qabiliyyətinin itirilməsi halları baş verə bilər”.

"Bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülür, amma yetərli deyil”, - deyən K.Əsədov qeyd edib ki, bəzi hallarda daha çox tələbatın olduğu vəsaitləri pirat, saxta formada elə nəşriyyatların özləri gəlir əldə etmək üçün edirlər: "Onlar əvvəlcə həmin vəsaitləri məktəblər və ictimaiyyət üçün az sayda yüksək səviyyədə çap edirlər, sonra isə tələbatın artmasını nəzərə alaraq, aşağı keyfiyyətli məhsulu çap edib, satışa çıxarırlar”.

 

 

 

 

 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

Məktəb idarəediciləri üçün yeni kitab nəşr olundu

Məktəb idarəediciləri üçün yeni kitab nəşr olundu

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...