Xəbərlər
28 sentyabr 2017
3 539


Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

 

2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir.

"AzTehsil.Com" azvision.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub:

"Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir".

M.Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib: 

"Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır".

***

Bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub.

Bu barədə Report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq: "Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə 2020-ci ildən orta məktəblərdə təhsilin ödənişli olacağı ilə bağlı xəbərlər yayılıb.






Загрузка...
Həmçinin oxuyun:
Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

12 illik təhsil sisteminə keçidə dair təkliflər hazırlanacaq

12 illik təhsil sisteminə keçidə dair təkliflər hazırlanacaq

Azərbaycanda şagirdlərin illik xərci artırılır - SƏRƏNCAM YERİNƏ YETİRİLƏCƏK

Azərbaycanda şagirdlərin illik xərci artırılır - SƏRƏNCAM YERİNƏ YETİRİLƏCƏK

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Nə qədər şagirdin məktəbi bitirəcəyi və 1-ci sinfə daxil olacağı bəlli olub..

Nə qədər şagirdin məktəbi bitirəcəyi və 1-ci sinfə daxil olacağı bəlli olub..

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı