Xəbərlər / Bakalavr
26 sentyabr 2017
2 471


“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

 

Bir müddət əvvəl etiraz aksiyaları ilə gündəmə gələn Azərbaycan Dillər Universitetində yenidən narazılıqlar yaranıb. 
 
"Aztehsil.com" BakuPost.az-a istinadən xəbər verir ki, sentyabrın 22-də universitetin Təbriz küçəsində yerləşən korpusunda Təhsil fakültəsinin tələbələri aksiyaya başlayıblar. Onlar korpusdakı tələbə sıxlığına etiraz ediblər. Fakültənin dekanı Fikrət Cahangirov tələbələrin qarşısına çıxıb, onlardan aksiyanı dayandırmağı istəyib və istəklərinin dinləniləcəyini qeyd edib. 

Lakin bazar ertəsi universitetə qayıdan tələbələr "sürpriz”lə qarşılaşıb. Belə ki, universitet rəhbərliyi aksiyanın təşkilatçılarını və onlara yardım edənlərin kimliyini araşdırıb. Rektor Kamal Abdulla həmin tələbələri əsas korpusda qəbul edib. 

Aksiyanın əsas 4 təşkilatçısına universitetdən qovulduqları bildirilib. Bundan əlavə, 8 tələbəyə şiddətli töhmət, digərlərinə isə töhmət verilib. 

Yeni rektor tələbələrə bir daha aksiya keçirəcəkləri təqdirdə daha ağır formada cəzalandırılacaqları barədə xəbərdarlıq edib.

Rektorla görüşdə tələbələr Təbriz küçəsindəki korpusun mühafizəçilərindən şikayətçi olublar. Bildiriblər ki, mühafizəçilər onlarla kobud rəftar edir. K. Abdulla həmin mühafizəçilərin də işinə xitam verib.

Məlumat üçün bildirək ki, Təhsil fakültəsi bu ildən Təbriz küçəsindəki korpusa köçürülüb. Bu isə binada birdən-birə tələbə sayının artımına və burada sıxlığa səbəb olub. Tələbələr isə sıxlığın azaldılmasını tələb ediblər.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli məsələ ilə bağlı açıqlama verərək bildirib ki, universitetdə hansısa aksiya keçirilməyib:

 "Təbriz küçəsindəki korpusda təhsil alan tələbələri rektor onların istəyi və təşəbbüsü əsasında qəbul edib. Tələbələr müəyyən təkliflər səsləndiriblər. Rektor da təkliflərin nəzərə alınacağını bildirib. Kiminsə universitetdən qovulması barədə deyilənlər isə yalandır”.

***

"Aztehsil.com" xəbər verir ki, ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli sosial şəbəkədə universitetdə baş verənlərə aydınlıq gətirib:

"Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla dünən tələbələrlə görüşdü. Mən də həmin görüşdə idim. Tələbələr onları narahat edən məsələlərdən danışdılar, Kamal müəllim də səbrlə tələbələri dinlədi, bəzi məsələləri yerindəcə həll elədi, bəzi məsələlərin də yaxın günlərdə həll olunacağını bildirdi. Tələbələr akt zalını böyük ruh-yüksəkliyi ilə tərk etdilər. İndi isə mətbuat dezinformasiya yayır ki, kimlərəsə töhmət, şiddətli töhmət verilib, kimlərsə universitetdən qovulub. Belə ağ yalanı yazmağa vicdanınız necə yol verir, əliniz necə gəlir? Ayıbdır axı. Bir daha bəyan edirəm: heç bir aksiya olmayıb, heç kimə töhmət, şiddətli töhmət verilməyib, heç kim də universitetdən qovulmayıb. Yeri gəlmişkən, bilənlər bilir, bilməyənlər üçün xatırladım ki, universitetdən qovulma bir gün içində baş verəcək proses deyil. Araşdırma aparılmalı, təqdimat yazılmalı və rektorun əmri olmalıdır".
 
Qafqazinfo//
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-"İpinizi çox boş buraxmışıq"

Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-"İpinizi çox boş buraxmışıq"

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Tələbələr nazirlik rəsmilərini belə yola saldı - Video

Tələbələr nazirlik rəsmilərini belə yola saldı - Video

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib