Xəbərlər / Valideyn / Müəllim
25 sentyabr 2017
4 597


Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

 

Sinifdə valideyin iclaslarını təşkil edərkən sinif rəhbərləri valideyinləri sinifin təlim-tərbiyə prosesində əldə etdiyi uğurlarla,ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış edir və valideyinlərə xəbərdarlıq edir ki,hər bir valideyin övladı haqqında məlumatları ayrı-ayrılıqda əldə edə bilər.

Praktikadan göründüyü kimi ,valideyinlərin (xüsusiylədə zəif oxuyan şagirdlərin valideyinləri) sinif valideyin iclaslarında iştirak etmir və ya zəif iştirak edir. Bunun əsas səbəbi sinif rəhbərlərinin sinif valideyin iclaslarında qeyri-peşəkar davranışları , valideyinlər qarşısında zəif nəticə göstərən valideyinləri aşağılayırlar ("sənin uşağın oxumur”, "tərbiyəsiszdir” "problem yaradır” və s),nəticə isə göz qabağındadır.Bütün həmkarlarımı dəvət edirəm-bir anlıq özümüzü o valideyinlərin yerinə təsəvvür edək.
Sinifdən-sinifə keçdikcə sinif valideyin iclaslarında iştirak edən valideyinlərin sayı azalır.I-IV siniflərdə keçirilən sinif valideyin iclaslarında iştirak edən valideyinlərlə V-VII,VIII-IX,X-XI siniflərdə olan valideyin iclaslarında iştirak edən valideyinlərn say nisbətini müqayisə etsək deyilənlərin öz təsdiqini tapdığını görəcəyik.

Odur ki, sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideyinlərə iclasın sonunda şəxsən,təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin nəticələrini digər şagirdin valideyinlərinin yanında müzakirə etməməlidir.Bu pedaqoji cəhətdən yol verilməzdir. Yalnız müxtəlif yarışmalarda və müsabiqədə fərqlənən şagirlərin adı çəkilə bilər ki, bu da rəğbətləndirmə məqsədi güdməlidir. Bir şagirdi qaldırmaq ,digərlərini aşağılamaq yox.

Sinif rəhbəri fərdi qəbul etdiyi valideyinlərlə müzakirənin qısa və mənalı olması üçün vacibdir ki , qeydiyyat dəfərini açıb həmin şagirdlə bağlı apardığı qeydlərlə , fənn müəllimləri ilə söhbət zamanı apardığı qeydlərlə valideyni tanış etsin.

Sinif rəhbəri unutmamalıdır ki ,valideyinlərlə ünsiyyət zamanı onun əsas vəzifələrindən biri onlara pedaqoji-psixoloji komponentləri aşılamaqdır.Sinif rəhbəri ilə danışan valideyin məktəbi təmsil edən , yüksək savadlı və yüksək səviyyəli ziyalı və pedaqoqla danışdığını , işini sevən ,bütün çətinliklərinə baxmayaraq sənəti ilə fəxr edən bir MÜƏLLİMİN olduğunu hiss etməlidir. Valideyn kim olmasından,soaial vəziyyətinin necə olmasından asılı olmayaraq o valideyindir,övladının təlim-tərbiyəsini bizlərə əmanət edən vətəndaşdır.

Sinif valideyin iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti,gülərüzlülüyü,hər bir valideyinə eyni münasibəti ilə valideyinlərin diqqətini cəlb etməlidir.Valideyinlər arasında təşkilatçılıq qabiliyyətiolanları seçməyi bacarmalı, təşkilati məsələərdə həmin valideyinlərin bacarığından istifadə etməyi bacarmalıdır.Burda yenə bütün iş sinif rəhbərinin profesionallığından asılıdır.

Sinif rəhbəri ünsiyyətdə olduğu hər bir valideyinlə münasibət qurarkən dövlət məmuru olmasını, işldiyi məktəbi təmsil etdiyini , peşə şərəfinin hər şeydən uca olmasını unutmamalıdır. Valideyinlərlə fərdi söhbət zamanı sinif rəhbəri ,münaqişələrdən yan keçməyi , valideyni məktəbə qarşı münasibətdə düzgün münasibət qurmağa istiqamətləndirməyi bacarmalıdır.

Təəsüf ediləsi hallardan biri də valideyinlərimizin bir qrupu həyatda rastlaşdıqları sosial problemlərin səbəblərini məktəbdə "görür”(baxmayaraq heç bir məntiqə sıxmır belə münasibət ) və aqresiayını məktəbə ,müəllimə qarşı yönəldir.Məhz belə valideyinlərlə ilk işi sinif rəhbəri qurur.Belə vəziyyətdə sinif rəhbərinin psixoloji-pedaqoji təcrübəsi ilə yanaşı yüksək ünsiyyət və nitq bacarığının olması onun peşəkarlığının əsasını təşkil edir.

Sinif valideyin iclasınının sonunda növbəti valideyin iclasının mövzusu elan edilir .valideyinlərlə razılaşdırılır.Valideyinlərin təklifləri nəzərə alınır.
Sinif rəhbəri sinif valideyin iclasının pratakolunun bir nüsxəsini və iclas haqqında şifahi ( yazılı da ola bilər rəhbərliyin tələbindən asılıdır) olaraq məktəb rəhbərliyinə (Təşkilat üzrə direktor müavininə) məlumat verməlidir.
 
Elşən Qafarov Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru " Aztehsil.com" saytının rəhbəri

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ,  KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ, KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”