Xəbərlər / Digər Xəbərlər
25 sentyabr 2017
2 636


Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

 

 

 Ümid edək ki, "Yeni model” kurrikulumun fəsadlarını təkrarlamayacaq...


Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi və ümumi razılıq əldə edilməsi ilə bağlı rəsmi açıqlama heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Bu da təbiidir. Bununla belə kurikulum əsasında təhsil alan uşaqların iki ildən sonra yeni model üzrə aparılacaq buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklərlərin konkret olaraq nədən ibarət olması hələ də qızğın müzakirə obyekti olaraq qalır.

Bəri başdan deyim ki, təhsilimizin qərbdən idxal etdiyi ideyalar içərisində kurrikulum qədər səs-küylü, əsasən də çoxları tərəfindən aqressiv qarşılanan ikinci belə bir sənəd olmayıb. Kimlərsə təhsilimizin gələcəyi, hətta "iksiri” kimi görünən, mənşəyi ölü latın dilinə gedib çıxan, lüğəti mənası təxminən "yol”, "istiqamət”, "kurs” anlamına gələn, bir termin olaraq nə rus, nə də azərbaycan dilində ekvivalenti olan, təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya kimi daxil edilən, tətbiqinin artıq sona yetməsinə baxmayaraq tam mənimsənilməsi bu günə qədər istər şagirdlər üçün, istərsə də müəllimlər üçün hələ də problem yaratmaqda davam edən bədnam Kurrikulum konseptual sənədi digər bir çoxları tərəfindən də nə yazzıqlar olsun ki, təhsilimizin "qarayarası” kimi dəyərləndirilb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi, kurrikulum əsasında hazırlanmış

Dərsliklər və qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişini də xeyli ləngitdi. Yaranmış vəziyyət təhsil ictimaiyyətini " kurrikulumun təhsil sistemi bütün problemlərdən qurtaracağına ümid edənlər” və "Azərbaycan təhsilinin gələcəyini təsəvvür etmək olmazmış, belə çıxır ki, Almaniyanın, MDB-nin bir çox dövlətlərinin, Baltikyanı respublikaların təhsili batacaq, çünki onlarda kurikulum yoxdur” deyənlər kimi iki cəbhəyə böldü.

Məsələnin mahiyyətinə dərindən varanda isə məlum olurdu ki, kurikulum aşağıların könüllü tələbi və arzusundan deyil, daha çox yuxarıların korporativ maraqlarından qaynaqlanırdı. Ona görə də bu proqram bir çoxlarına hələ də yad olaraq qalmaqdadır. "Əcnəbi ekspertlər üçün bu sənədin aydın və anlaşıqlı dildə olmasının heç bir əhəmiyyəti yox idi. Onlar sənədin hazırlanmasına ayrılmış 2,7 mln pulun böyük qismini ciblərinə qoyub vətənlərinə qayıtdılar. Ortada qaldı qeyri-müəyyən ifadə olunmuş məzmun standartları üzərində baş sındıran dərslik müəllifləri və onlardan nə tələb olunduğunu başa düşməyən müəllimlər. Beləliklə, idxal olunmuş ideya iflasa uğradı. Ona görə yox ki, pis ideya idi, ona görə ki, cəmiyyət bu ideyanın tətbiqinə hazır deyildi. Bu ideyaya doğru addım-addım getmək, onu insanların şüuruna tədricən yeritmək lazım idi”.

Təhsil Nazirliyində Dünya Bankının dəstəyi ilə, bu qurumun həyata keçirdiyi "Dərsliklərin monitorinqi” layihəsinin nəticələrinə həsr olunmuş iclasda Misir Mərdanov olduqca maraqlı bir fikir işlədib: "Dərsliklər ətrafında yaranan qalmaqal dövlət büdcəsindən dərsliklərin nəşri üçün ayrılan 7-8 milyon manatın başındadır”. Bu ifadə bir çox məqamlardan xəbər verirdi. Məhz sabiq nazir tərəfindən sistemə kurikulum adı ilə sırınan bu başı bəlalı sənəd ancaq onun məzmun standartları hissəsi idi, bununla islahat aparmaq mümkünsüz olub, islahat üçün onun digər komponentləri də olması zəruri idi.

Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə - kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş "Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq olardı. Onu da deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum idi, çünki reallığa deyil, daha çox maliyyə ambisiyalarına söykənirdi.

Nəhayət bir müddət sonra Təhsil Naziri Mikayıl Cabbarov da elə müsahibələrindən birində yeni tədris sistemi ilə oxuyan məzunlarımızın biliklərinin qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə toxunmuş, mövcud qiymətləndirmənin doğru olmadığını bildirmişdi: "Ümumiyyətlə, möcuzələrə inanmaq olar, amma onlara arxalanmaq mümkün deyil... Spesifik misallardan biri odur ki, biz 2008-2009-cu tədris ilində təhsil sistemimizdə yeni kurrikulumun tətbiq olunmasına başlamışıq. Amma müəllimlərə "yeni kurrikulumun tələbləri nədir, bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir” mövzusunda təlim və tədris aparmağı unutmuşuq. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi aydındır.”

TQDK sədri M.Abbaszadənin TREND-ə müsahibəsindəki – "Biz artıq 3 ildir ki, kurrikulum üzrə yeni qiymətləndirmə tapşırıqlarını nəşr edərək istifadəyə vermişik. Həmin tapşırıqlar məhz tənqidi təfəkkür, yazı vərdişləri, yaradıcı yanaşma bacarıqlarını yoxlayırlar. Əgər bununla tanış olsalar, görərlər ki, şagirdlərə monitorinq imtahanlarında testlə yanaşı, açıq suallar, yazı işləri, mətn üzrə işlər, təfəkkürü formalaşdıran tapşırıqlar da verilir. Amma bu tapşırıqları monitorinq imtahanlarında istifadə etdiyimiz zaman əldə olunan statistikaya baxın..."- açıqlaması da məsələyə gec-tez yeni yanaşma tətbiq ediləcəyindən xəbər verirdi. Elə isə 2019-cu ildən tam, yəni 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacağının təəccüblə və təşvişlə qarşılamasında heç bir lüzum görmürəm.

Bircə ona ümid edək ki, "Yeni model” kurrikulumun fəsadlarını təkrarlamayacaq...

Nadir İsrafilov
Tanınmış təhsil eksperti
 
Moderator.az

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Təhsil Nazirliyi kurrikulumun ləğvi ilə bağlı qərara gəlib

Təhsil Nazirliyi kurrikulumun ləğvi ilə bağlı qərara gəlib

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Misir Mərdanov testin ləğvindən DANIŞDI

Misir Mərdanov testin ləğvindən DANIŞDI

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH