Xəbərlər / Digər Xəbərlər
15 sentyabr 2017
4 182


“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

 

Təhsil nazirinin müavini Firudin Qurbanovun eksklüziv müsahibəsi
 
- Məktəbdənkənar təhsil müəssisələri hansı istiqamətlər üzrə fəaliyyət göstərir ?
 
- Ölkəmizdə məktəbdənkənar təhsil müəssisələri müxtəlif əlavə təhsil sahələrini əks etdirən istiqamətlər üzrə fəaliyyət göstərir. Uşaq yaradıcılıq, texniki yaradıcılıq, ekoloji tərbiyə və təcrübəçilik, gənc turistlər və diyarşünaslıq, məktəbdənkənar tərbiyə işi mərkəzlərində, uşaq-gənclər şahmat və uşaq-gənclər idman məktəblərində əlavə təhsilə cəlb olunan minlərlə şagird meyl və maraqlarına uyğun olaraq yaradıcılıqlarını inkişaf etdirir, idman ustalıqlarını artırırlar.
 
- Məktəbdənkənar təhsil müəssisələri müasir standartlara cavab verirmi?
 
- Müasir dövrdə informasiya cəmiyyətində əlavə təhsilin  rolu, uşaq və gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər əsasında  formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunlar isə tərbiyə metodlarının, məktəbdənkənar müəssisələrdə metodiki işin yenilənməsini, strukturunun təkmilləşdirilməsini, müəssisələrin maddi-texniki bazalarının yaxşılaşdırılmasını və optimallaşdırılmasını tələb edir. Lakin qeyd edilməlidir ki, bu günə qədər Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən bir sıra məktəbdənkənar müəssisələrin müstəqil binaları olmayıb. Onların fəaliyyəti ayrı-ayrı ümumtəhsil müəssisələrində təşkil olunurdu, bəzi yerlər icarəyə götürülürdü. Əsasən paytaxt Bakıda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin təxminən 50%-nin müstəqil binası yoxdur. Həmin vəziyyət respublikanın digər şəhər və rayonlarında müşahidə olunurdu və məktəbdənkənar müəssisələrdə təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində aparılmasına mənfi təsir göstərirdi.
 
- Bununla bağlı aparılan monitorinqlərin nəticəsi necə oldu ?
 
- Məktəbdənkənar müəssisələrdə aparılan monitorinqlər göstərdi ki, bir çox müəssisələrdə dərnək məşğələləri, idman məşqləri aşağı səviyyədə təşkil olunur. Digər tərəfdən dərnəklərdə və idman qruplarında dərslər və məşqlər müxtəlif ərazilərdə icarəyə götürülmüş binalarda keçirildiyinə görə təlim-tərbiyə prosesinə lazımi səviyyədə nəzarət etməyə imkan vermirdi. Bir çox müəssisələrin hazırki növü onların çoxprofilli müəssisə kimi fəaliyyət göstərməsinə imkan vermədiyi üçün şagirdlərin dərnəklərə cəlb edilməsində və kütləviliyin təmin olunmasında müəyyən çətinliklər yaradırdı. İdman profilli məktəbdənkənar müəssisələrin müvafiq ixtisaslaşdırılmış idman bazalarının olmaması respublikada yüksək səviyyəli idmançıların hazırlanmasının başlanğıc və orta mərhələlərinin müasir tələblər səviyyəsində təşkilinə imkan vermirdi. Bunları nəzərə alaraq, eyni zamanda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq məktəbdənkənar təhsil müəssisələrində yeni səmərəli idarəetmə sisteminin formalaşdırılması, profillər üzrə təkmilləşdirilməsi, təlim-tərbiyə prosesinin təşkilində səmərəliliyin artırılması, maddi-texniki bazalarının yaxşılaşdırılması, bu sahəyə rəhbərlik və nəzarətin daha da gücləndirilməsi ilə bağlı mövcud şəbəkənin rasionallaşdırılması və idarəetmə sisteminin optimallaşdırılması, səmərəli maliyyələşmənin təmin olunması və son nəticədə keyfiyyətin yüksəldilməsi məqsədilə struktur dəyişikliklərinin aparılması məqsədəmüvafiq hesab edilib.
 
- Məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində hansı işlər həyata keçirilib?
 
- Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması ilə bağlı Təhsil Nazirliyinin əmri imzalanıb. Əmrə əsasən, respublikanın rayon və şəhərində idman və yaradıcılıq sahələri üzrə məktəbdənkənar müəssisələrin birləşdirilməsi, onların bazasında yeni müəssisələrin yaradılması və çoxprofilli fəaliyyəti təmin olunacaq, adlarında dəyişikliklər ediləcək.
 
Yaradıcılıq, ekologiya və turizm sahəsi üzrə yeni yaradılan müəssisələr uşaq-gənclər inkişaf mərkəzləri, idman sahəsi üzrə uşaq-gənclər idman və şahmat məktəbləri adlandırılacaq. Görülən tədbirlər uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, zərərli vərdişlərdən uzaqlaşdırılmasına imkan yaradacaq, onların mənəviyyatın, ləyaqətinin formalaşmasına, fiziki sağlamlıqlarına və estetik zövqlərinin artmasına müsbət təsir göstərəcək.
 
- Həmin müəllimlərin ixtisar olunması gözlənilirmi?
 
- Rasionallaşdırma prosesində məktəbəqədər təhsil müəssisələrində çalışan böyük sayda müəllim və mütəxəssisin ixtisar olunmaması məqsədilə dövlət büdcəsindən işçilərin əmək haqlarının tam şəkildə ödənilməsi üçün əlavə vəsait ayrılıb. Bu tədbirlər nəticəsində yeni tədris ilində məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin ixtisar olunması gözlənilmir.
 
- "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yuxarı yaş qrupları komandaları bazasında futbol klubu yaradıldı. Klubun yaradılmasında məqsəd nədir ?
 
- Son illərdə istər paytaxt Bakıda, istərsə də respublikanın digər şəhər və rayonlarda Təhsil Nazirliyinin futbol bölməsi mövcud olan idman məktəblərində bir çox işlər görülüb, infrastruktur təkmilləşdirilib, kütləvilik daha da artıb, futbolun öyrədilməsi səviyyəsi yüksəlib. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəbləri futbol idman növü üzrə uşaq-gənclər kateqoriyasına aid yaş qruplarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan Azərbaycan Çempionatında, həmçinin  digər ölkədaxili və beynəlxalq yarış və turnirlərdə uğurlu çıxış etmələri, bununla yanaşı müxtəlif yaş kateqoriyaları üzrə Azərbaycan milli yığma komandalarına futbolçular yetişdirmələri ilə, respublikanın uşaq-gənclər  futbolunun mühüm iştirakçısına çevrilib. Təhsil Nazirliyi sistemində futbol idman növündə müsbət nəticələri və nailiyyətləri nəzərə alaraq Nazirliyin "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yuxarı yaş qrupları komandaları bazasında "Sabah” futbol klubunun yaradılması məqsədəmüvafiq hesab edilib və bu klubun AFFA Peşəkar Futbol Liqası I Divizionunda çıxış etməsi qərara alınıb. Klubun yaradılmasında əsas məqsəd Azərbaycanda futbolun inkişaf etdirilməsində yaxından iştirak etmək, ölkəmiz üçün perspektivli, yüksək səviyyəli və rəqabətə davamlı futbolçular yetişdirmək, paytaxt və bölgələrdə fəaliyyət göstərən idman məktəblərinin istedadlı futbolçularının peşəkar futbol mərhələsinə keçidlərini təmin etməkdir.
 
- Klub hansı formada fəaliyyət göstərəcək ?
 
- Klubun fəaliyyəti "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda "Strateji hədəflər və tədbirlər" bölməsində göstərilən dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminə uyğun aparılacaq. Sponsorların cəlb edilməsi nəticəsində əlavə dövlət büdcəsinin vəsaitlərinə ehtiyac olmayacaq. Peşəkar Futbol Liqasının I Divizionunda çıxış etmək üçün futbol klubunun inkişaf konsepsiyası və fəaliyyət planı hazırlanıb. Futbol Klubunda baş məşqçi vəzifəsi respublikanın əməkdar məşqçisi, UEFA Pro kateqoriyalı mütəxəssis Əsədov Arif Gülağa oğluna həvalə edilib. Hazırda I Divizionda çıxış edəcək Klubun Müşahidə Şurası formalaşdırılır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

"Tələbə Kuboku" mini futbol üzrə rayon turniri keçiriləcək

"Tələbə Kuboku" mini futbol üzrə rayon turniri keçiriləcək

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib

Ağstafada 7-ci siniflər arasında futbol yarışının qalibi müəyyən olub.

Ağstafada 7-ci siniflər arasında futbol yarışının qalibi müəyyən olub.

Ağstafada 7-ci siniflər arasında futbol yarışları keçirilir

Ağstafada 7-ci siniflər arasında futbol yarışları keçirilir

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Bir sinfin iki uğuru

Bir sinfin iki uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

“Milli Dirçəliş Günü” münasibəti ilə Samux Rayon TŞ-nin tabeliyində fəaliyyət göstərən UG İM-nin idmançıları arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

“Milli Dirçəliş Günü” münasibəti ilə Samux Rayon TŞ-nin tabeliyində fəaliyyət göstərən UG İM-nin idmançıları arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Yanvarın 27-də 8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Yanvarın 27-də 8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Cüdo idman növü üzrə birincilik keçirilib

Cüdo idman növü üzrə birincilik keçirilib

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Azərbaycanda beş yaşlı uşaqdan yeni rekord

Azərbaycanda beş yaşlı uşaqdan yeni rekord

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"