Azərbaycanda dini təhsil pulsuz olacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Azərbaycanda dini təhsilin ödənişsiz əsaslarla həyata keçirilməsi məsələsi bir neçə dəfə gündəmə gəlsə də həll edilməmiş qalıb.
 
Xüsusilə, dini sahəyə meylli gənclərin əksəriyyəti təhsillərini xaricdə davam etdirmək strategiyasına üstünlük verirlər.
 
Təbii ki, hansısa azərbaycanlı gəncin dini təhsil almaq üçün uzaq İslam ölkələrindən birinə üz tutmasının səbəbləri var.
 
Olmazmı ki, Azərbaycanda dini təhsil pulsuz olsun?!
 
Əgər Azərbaycanda dini təhsil almaq mümkündürsə, o zaman pulsuz dini təhsil vermək üçün maneə yaradan səbəblər nədir?
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov açıqlamasında  dini təhsilin pulsuz olmasının izahının çox sadə olduğunu deyib.
 
"Dəfələrlə bəyan etmişik ki, ölkədə dini təhsilin ödənişsiz olması çox önəmlidir. Araşdırmalarımız  göstərir ki, Azərbaycandan kənarda dini təhsilə üz tutanların bir qisminin səbəbi maddiyyatla bağlıdır. Çünki xarici ölkələrin dini təhsil müəssisələrində təhsil alan şəxslər nəinki ödənişsiz təhsil alırlar, hətta onlara aylıq təqaüdlər də təqdim olunur.
 
Hətta bəzi hallarda nikaha daxil olub ailələrini də həmin ölkələrə aparırlar. Azərbaycanda isə dini təhsil ödənişlidir. Dini təhsil vacib məsələ olduğu kimi, həm də strateji sahələrdən biridir. Bu baxımdan da dini təhsil almaq üçün xaricə üz tutanları yerli təhsil müəssisələrinə yönəldə bilməyimiz üçün dini təhsili ödənişsiz etməliyik”.
 
Gündüz İsmayılovun sözlərinə görə, iş bununla bitmir.
 
"Araşdırmalar onu göstərir ki, xaricdə dini təhsil almış gənclər ölkəyə qayıtdıqdan sonra burada dini fəaliyyətlə məşğul olduqları zaman, həmin ölkələrin müəyyən təşkilatları, orada təhsil almış məzunlara təqaüd verməkdə davam edir. Bu baxımdan da dəfələrlə bəyan etmişik ki, ölkədə dini təhsil pulsuz olmalıdır. Eyni zamanda yüksək təhsil almış gənclərin bir hissəsinə təyinat verilməli və məvacib  ödənilməlidir. Hazırda, bu məsələ istiqamətində iş gedir.
 
Qafqaz Müsəlmanları İdarəsi və aidiyyatı qurumlarla birgə işimizi davam etdiririk. Dini təhsilin pulsuz olub-olmaması nə Bakı İslam Universitetinin, nə QMİ-nin, nə də Dini Komitənin səviyyəsində həll olunan  məsələdir. Bu, birbaşa dövlətin diqqətində olan məsələdir. Hazırda ölkədə dini təhsilin ödənişsiz olması istiqamətində iş gedir. Bunun bariz nümunəsi prezident İlham Əliyevin tapşırığı ilə yeni dini mədrəsələrin yaradılması və dövlət qeydiyyatına alınması oldu. QMİ və Dini Komitə prezidentin tapşırığına uyğun olaraq dini mədrəsələr yaradıb və onlar ödənişsiz fəaliyyət göstərəcəklər. Eyni zamanda, müəyyən müddətdən sonra ümid edirik ki, Bakı İslam Universitetində də təhsil ödənişsiz olacaq”. 



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

"Təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır"

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Muxax kənd 3 nömrəli  tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Muxax kənd 3 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Şah İsmayılın qanında xristian qanı axır? - Cavab

Şah İsmayılın qanında xristian qanı axır? - Cavab

Qəbul imtahanları hansı hallarda pulsuz olacaq - Prezdentin sərəncamının detalları

Qəbul imtahanları hansı hallarda pulsuz olacaq - Prezdentin sərəncamının detalları

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Yaşlı ziyalılarımızı hər an əbədi itirə bilərik

Yaşlı ziyalılarımızı hər an əbədi itirə bilərik

İslam dini sığortanı qadağan edirmi?

İslam dini sığortanı qadağan edirmi?

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?