Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Pediatr Vaqif Qarayev yeni dərs ilinin başlaması ilə əlaqədar valideynlərə müraciət edib.

V. Qarayevin tövsiyələrini təqdim edirik:

1. Dərs ili başlayan kimi uşaqdan akademik düzəltməyə çalışmayın! Bir neçə ay məktəbə, mühitə, sinifə, müəllimə, kitab-dəftərə adaptasiya olmağına imkan verin!

2. Yadda saxlamaq lazımdır ki, bütün uşaqların qavrama qabiliyyəti, dərsə həvəsi, diqqət konsentrasiyası eyni cür olmur! Ona görə nə qədər oxuya bilirsə, o qədər oxuyacaq!

3. Dərsə hazırlıq zamanı hər irili-xırdalı səhvə görə uşağın psixikasını zədələmək düzgün deyil! Əksinə, həmişə ruhlandırmaq lazımdır!

4. Mövsümlə bağlı havalar tez tez dəyişəcək. Ona görə uşağın çantasında nisbətən qalın geyim olsa, yaxşıdır. Yağışlı, çiskinli hava uşağın ovqatına da pis təsir edir. Ona görə həmin günlər uşaqla daha mehriban davranmaq lazımdır.

5. Əgər uşaq uzadılmış saatlara gedirsə, dərsdən sonra mütləq onun istirahətinə fikir verilməlidir. Evə gələn kimi dərs oxutmaq mənasızdır. Hər gün gündüz 2-2,5 saat yatsa, yaxşıdır! Axşamlar saat 21:30-dan gec olmayaraq yatağa girməlidir!

6. Dərsdən sonra uşağı müxtəlif dərnəklərə aparmaq düzgün deyil! Yorulacaq! Hansısa bir sahəyə real həvəsi hələ 5-6 il sonra yaranacaq. Amma fitri istedadı olan uşaqları mütəxəssisin köməyi ilə uyğun dərnəklərə yönləndirmək olar!

7. Uşağın qidalanmasına xüsusi fikir vermək lazımdır. Məktəbin bufetində satılanları yox, özünüzün hazırladığınız buterbrod və s. kimi yeməkləri yesə, yaxşıdır. Qida rasionunda meyvə-tərəvəz bol olmalıdır. Yaxşı olar ki, meyvəni təbii şəkildə (şirə kimi yox) qəbul eləsin! Gündəlik menyuda ət yeməkləri də olmalıdır.

8. Çanta problemi dəyişilməz qalır. Əgər özü daşıyacaqsa, çantanın ağırlığı bədən çəkisinin 10 faizi qədər olmalıdır. Yəni, altı yaşlı uşaq üçün çantanın ağırlığı 2-2,5 kq olmalıdır!

9. İlk günlərdən uşağa düzgün oturma vərdişləri aşılanmalıdır. Uşağın gözü ilə dəftər-kitab arasında məsafə təqribən 30 sm olmalıdır. Yoxsa qamətində deformasiya yaranacaq!

Bütün bunlara əməl edə bilsək, uşağın həm psixikasını, həm də xəstəliklərə müqavimətini qorumuş olarıq.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Azərbaycanda müəllimə azyaşlı uşağın başına yumruq vurdu, “qoyun” dedi, “dərs” öyrətdi - VİDEO

Azərbaycanda müəllimə azyaşlı uşağın başına yumruq vurdu, “qoyun” dedi, “dərs” öyrətdi - VİDEO

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Uşaq psixologiyasını bilirsinizmi ?

Uşaq psixologiyasını bilirsinizmi ?

6 PEDAQOJİ MƏSLƏHƏT-  İNTİZAM VƏ QAYDA

6 PEDAQOJİ MƏSLƏHƏT- İNTİZAM VƏ QAYDA

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

I - IV siniflərdə şagirdlərin oxu bacarıqları necə olmalıdır ?

I - IV siniflərdə şagirdlərin oxu bacarıqları necə olmalıdır ?

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri