Xəbərlər / Digər Xəbərlər
12 sentyabr 2017
5 033


Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

 

Mingəçevirdə ali məktəbə qəbul olan qız hicablı olduğu üçün universitet onu qeydiyyata almayıb.
 
Bu il ali məktəblərə qəbul imtahanında iştirak edən Hüseynova Süsən Vüqar qızı 326 bal toplayaraq Mingəçevir Dövlət Universitetinin "Metodika” ixtisasına qəbul olub. Lakin universitet rəhbərliyi daxili nizamnaməni əsas gətirərək onun sənədlərini qəbul etməyib.

Bu barədə Süsənin anası Məmmədova Arifə məlumat verib. O, çıxılmaz vəziyyətdə qaldıqlarını bildirib:

"Qızım bu il Mingəçevir Dövlət Universitetinə qəbul olub. Avqustun 16-da qeydiyyatdan keçmək üçün universitetə getdik. Amma universitetin rektoru hicablı olduğuna görə qızımın sənədlərini qəbul etməyəcəklərini bildirdi. Dedi ki, bizim universitetdə hicab geyinən qızlar təhsil ala bilməz. Sonra dedi ki, məsləhətləşim, 3-4 günə gələrsiz. Biz də getdik, 3-4 gün sonra yenidən universitetə gəldik. Onda rektor yenə dedi ki, biz məsləhətləşmişik, sizin qızınız burada təhsil ala bilməz. Yalnız hicabını açsa, gəlib oxuya bilər. Daha sonra biz qaynar xəttə zəng vurduq. Ordan bizə dedilər ki, Təhsil Nazirliyi sizi ayın 29-da qəbul edə bilər. Səhv etmirəmsə, bizi Yaqub müəllim qəbul etməli idi. Amma o yox, nümayəndəsi qəbul etdi. O da bildirdi ki, artıq univertitetə qeydiyyatın vaxtı bitib, vaxtında müraciət etməmisiniz. Bax belə, qızım qaldı havada”.

Məsələ ilə bağlı MDU ilə əlaqə saxladıq. Universitetdən faktı təsdiqlədilər. Bildirlər ki, həqiqətən də universitetin nizamnaməsində hicabla bağlı qadağa var. Hicab geyinən qızların burada təhsil almasına icazə verilmir.

A.Məmmədova deyir ki, əgər sözügedən universitetdə belə bir qayda olduğunu bilsəydilər, ixtisas seçimi zamanı həmin universiteti qeyd etməzdilər. Arifə xanım qızının psixoloji vəziyyətinə görə də narahatdır:

"Baş verənlər Süsənin psixologiyasına da mənfi təsir edir. O qədər əziyyət çəkib, oxuyub qəbul olub. Biz onu çətinliklə repititor yanına hazırlıqlara göndərmişik, xeyli pul xərcləmişik. İstəmirəm əziyyətimiz batsın. Heç olmasa yığdığı bala uyğun başqa bir universitetə yerləşdirsənlər onu. Bununla bağlı müvafiq qurumlara da məktub yazmışıq. Təəssüf ki, hələ də cavab almamışıq. Dərs ilinin başlamasına da sayılı günlər qalıb. Xahiş edirəm ki, aidiyyatı qurumlar problemin həlli üçün bizə kömək etsin”.






Загрузка...
Həmçinin oxuyun:
Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Vakant yerlərin aqibəti necə olacaq?

Vakant yerlərin aqibəti necə olacaq?

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Abituriyentlərin nəzərinə: qeydiyyatın başa çatmasına bir gün qaldı

Abituriyentlərin nəzərinə: qeydiyyatın başa çatmasına bir gün qaldı

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

"Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”

"Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”