Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdı. Sonuncu müsahibə mərhələsini də uğurla keçən 4454 namizəd müəllim adına layiq görüldü.

"Azərbaycan müəllimi” qəzeti müsahibə mərhələsindən reportaj hazırlamışdı. Yazıda müsahibəyə qatılan bir neçə namizəd müsabiqə və öz nəticələri ilə bağlı danışmışdılar. Həmin namizədlərin müsahibədən keçib-keçmədiyi ilə maraqlandıq.

Namizədlərdən biri – Teyfur Seyfur oğlu Bəşirov bundan sonra Xaçmaz rayonu Bostançı kəndində coğrafiya müəllimi kimi tanınacaq. O, E.Məmmədov adına tam orta məktəbə 51 balla qəbul olub. Teyfur müsahibədən çıxarkən nəticənin belə olacağına əmin idi. Komissiyanın suallarının hamısını cavablandırdığından məhz qəbul olunacağına dair ismarış gözləyirdi və aldı.

Xədicə Əvəz qızı Əliyeva Gəncə Dövlət Universitetinin məzunudur. Müəllimlərin işə qəbulu üzrə test imtahanında 45 bal toplayaraq müsahibə mərhələsinə qatılmışdı. Müsahibə zamanı komissiya üzvlərinin kurikuluma aid suallarına verə bilmədiyi bir-iki cavablara görə çox narahat idi. Ancaq, görünür, komissiyanı yaxşı müəllim olacağına inandıra bilib. Artıq o da Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbində müəllimdir.

Məhəmmədəli Ehtiram oğlu Kərimli də arzusuna çatıb. O, bu müsabiqədən kəndə müəllim kimi qayıtmaq istəyirdi. Artıq Quba rayonu Xanəgah kənd ümumi orta məktəbinin müəllimidir.

Səyad Məhərrəm qızı Muxtarlı müsahibədən özündən əmin çıxmışdı. Komissiyanın da ondan razı qaldığı qənaətindəydi: "5 ildir məzunam. Müəllimlərin işə qəbul imtahanında testdən 44 bal toplamışam. Masallının Məmmədxanlı kəndində coğrafiyanı tədris etmək istəyirəm. Müsahibə mərhələsini də uğurla başa vurduğumu düşünürəm. Ümidim 70-80 faiz təşkil edir. İxtisasıma və kurikuluma aid hərəsindən bir suala cavab verə bilmədim. Qalan bütün sualları cavablandırdım və düşünürəm ki, həmin yeri tutacağam”.

Ümidi gerçəkliyə çevrilib. Masallı rayonu Hafis Məmmədov adına Məmmədxanlı kənd ümumi orta məktəbinə 44 balla qəbul olub.

Rəsimə Səyyar qızı Əliquliyeva da müsahibədə özündən razı qalmışdı. Test imtahanında 53 bal toplayıb. İxtisasına və kurikuluma aid bütün sualları cavablandırdığını deyirdi: "Elə düşünürəm ki, məndən məmnun qaldılar”.

Doğru hesab edib. Bu ildən Ağdam rayon 28 nömrəli tam orta məktəbində 53 balla işə başlayacaq.

Bu il imtahanlarda iştirak edən və ən yüksək bal toplayanlar da olub. Sualların hamısına düzgün cavab yazaraq 60 bal toplayan ilk namizəd Günay İlham qızı Allahverdiyeva idi. Kəlbəcər rayonundan olan bu namizəd "Riyaziyyat” fənnini tədris edəcək. O, sentyabrın 15-dən Zəngilan rayon 30 nömrəli tam orta məktəbdə dərs deyəcək.

Kimya müəllimləri olan Nuranə Qarakişi qızı Yusifli Şəki rayon Aran kənd ümumi orta məktəbində, İsgəndər Nurəddin oğlu Səmədov isə Saatlı rayon Qara Nuru kənd tam orta məktəbində müəllimliyə başlayacaq.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq

Təhsil Nazirliyi: İşə qəbul olmaq istəyən 5225 müəllim müsahibədən keçirilir

Təhsil Nazirliyi: İşə qəbul olmaq istəyən 5225 müəllim müsahibədən keçirilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Ağstafa rayon Həsənsu kənd orta məktəbində 20 yanvarla bağlı tədbir keçirilib

Ağstafa rayon Həsənsu kənd orta məktəbində 20 yanvarla bağlı tədbir keçirilib

Balakən rayonu E. Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəb

Balakən rayonu E. Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəb

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı