Xəbərlər / Digər Xəbərlər
07 sentyabr 2017
4 147


HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

 

Neft erası başa çatdı, perspektivli deyil
Ona görə abituriyentlər kənd təsərrüfatı ixtisaslarına meyl edirlər

Bu il ali məktəbə sənəd verənlər arasında kənd təsərrüfatı ixtisaslarına maraq göstərənlərin sayı artıb. 2017/2018-ci tədris ilində universitetə daxil olan ən yaşlı abituriyent 48, ən azyaşlısı isə 15 yaşındadı.

Qeyd edək ki, Quba rayon sakini 48 yaşlı Əfsəl Qazıyev və Tovuz rayon sakini 15 yaşlı Elcan İsayev Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qəbul olublar. E.İsayev "meşəçilik”, Ə.Qazıyev isə "ekologiya” ixtisasını seçib.

Maraqlıdır, abituriyentlərin kənd təsərrüfatına üstünlük vermələrinin əsas səbəbi nədir? Keçid ballarının aşağı olması, yoxsa kənd təsərrüfatı sahəsində təhsil alanların azlığı abituriyentləri bu ixtisası seçməyə vadar edir?

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, imtahan verənlərin kənd təsərrüfatı ixtisasını seçməsinin əsas səbəblərindən biri keçid ballarının digər fakültələrlə müqayisədə aşağı olmasıdır. Ekspert bildirib ki, abituriyentlərin həmçinin bu sahə üzrə pulsuz təhsil almaq şansları da çoxdur: 

"Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verənlərin sayında azalma olmasına baxmayaraq, nəticədə imtahanda iştirak edənlərin topladığı ballar əvvəlki illərlə müqayisədə çox olub. Yəni, bu il ali məktəblərə qəbul olmaq üçün sənəd verən 70 mindən çox abituriyentin 35 mini keçid balını toplayıb. Əvvəlki illərlə müqayisədə yüksək bal toplayanların da sayında artım müşahidə olunub. Belə ki, 2 mindən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Bu da müsabiqə vəziyyətinin daha da gərginləşməsi ilə nəticələndi, bəzi qruplarda ixtisaslar üzrə keçid balları qalxdı. Hətta bu il ilk dəfə olaraq 660-dan çox bal toplayanların belə ali məktəblərin ödənişsiz ixtisaslarına qəbulunda məhdudiyyətlər oldu.

Artıq son illər ərzində ali məktəbə sənəd verənlər arasında kənd təsərrüfatı ixtisaslarına üstünlük verənlərin sayı artıb. Burada müəyyən detallar var. Əgər digər ixtisaslara 200-250 balla qəbul olmaq mümkündürsə, 150 bal toplamaqla kənd təsərrüfatı üzrə pulsuz təhsil almaq mümkündür. Bu da o deməkdir ki, digər qruplarla müqayisədə kənd təsərrüfatı ixtisasına qəbul olmaq üçün abituriyentlərin şansları daha çoxdur”.

K.Əsədovun sözlərinə görə, 2014-cü ilə qədər abituriyentlərin seçdiyi ixtisaslar içərisində neft ixtisasları üstünlük təşkil edirdi. Artıq neft erası başa çatıb və perspektivli deyil. Həmçinin ölkə rəhbərliyi səviyyəsində də kənd təsərrüfatının inkişafı ilə bağlı xüsusi layihələr, proqramlar həyata keçirilir: 

"Ölkə başçısı özü regionlarda məhz kənd təsərrüfatı sahələri ilə məşğul olanlarla görüşür. Bu o deməkdir ki, ölkənin prioritet istiqamətləri bundan sonra kənd təsərrüfatı ixtisasları olacaq. Ona görə də hesab edirəm ki, həm yaşlı, həm də gənc abituriyentin bu sahəyə meyil etməsinin əsas səbəbi gələcəkdə kənd təsərrüfatı ixtisasının yüksək perspektividir. Çünki digər ixtisasları bitirən zaman sizin işlə təmin olunmanızda ciddi problemlər ortaya çıxa bilirsə və əmək bazarında sizin ixtisasınıza tələbat yoxdursa, kənd təsərrüfatını bitirən kadrlara hər zaman ehtiyac var. Kənd təsərrüfatı hər bir ölkənin ən perspektiv, iqtisadi sahələrindən biridir. 

Düşünürəm ki, növbəti illərdə daha çox yüksək bal toplayan abituriyentlərin bu sahəni seçmələrinin şahidi olacağıq. Əgər 350 balla perspektivli olmayan ixtisaslarda təhsil alanlar ödənişli əsaslarla oxuyacaqlarsa, həmin balla kənd təsərrüfatı ixtisaslarında ödənişsiz təhsil almaq olar. Fikrimcə, kənd təsərrüfatının həm perspektiv, həm ödənişsiz olması, abituriyentlərin bu sahəyə daha çox meyl etməsinə səbəb olan əsas amillərdən biridir”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Bu il imtahan verən abituriyentlərin 50 faizdən çoxu... - NAZİRLİK AÇIQLADI - VİDEO

Bu il imtahan verən abituriyentlərin 50 faizdən çoxu... - NAZİRLİK AÇIQLADI - VİDEO

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

Kənd məktəbində oxuyub 700 bal yığdı

Kənd məktəbində oxuyub 700 bal yığdı

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?