212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 ümumi təhsil məktəbində 2017-2018-ci tədris ilində 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.
 
 
Qurumdan verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 212 məktəbdə 432 sinifdə 10 077, rus bölməsi üzrə 46 məktəbdə 67 sinifdə 1378 şagirdin təhsil alması planlaşdırılır.
Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətləri üzrə fəaliyyət göstərəcək.
  Tam orta təhsil səviy­yəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsilini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.
  Ümumi təhsil məktəblərində təmayül istiqamətləri üzrə ayrıca tədris plan və proqramları hazırlanaraq təsdiq olunub. Təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olacaq.
Təmayülləşmənin tətbiqi ilə bağlı hər bir məktəbin imkanları, maddi-tədris bazası, kadr potensialı nəzərdən keçirilərək şagirdlərin  meyil və maraqlarına əsasən təmayül sinifləri formalaşdırılıb. Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil edilib. Say və seçimin təmayül sinfini təşkil etməyə imkan vermədiyi ümumi təhsil müəssisələrinin bu və ya digər təmayül istiqamətini seçmiş şagirdləri yaxın ərazidəki həmin təmayül sinfi yaradılmış məktəbdə təhsilini davam etdirə biləcəklər. Təmayül istiqamətini seçməmiş şagirdlər üçün isə məktəblərdə mövcud uşaq sayı ilə adi siniflər açılıb. İlk peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin qəbul ola bilməyən IX sinif məzunları da təlim göstəricilərinə əsasən, müvafiq təmayül və ya adi siniflərə qəbul olunublar.
Təmayül və adi siniflərdə müəllimlər tədris planlarında nəzərdə tutulan saatlar üzrə öz ixtisaslarına uyğun dərs yükü ilə təmin ediləcəklər.
Tam orta təhsil səviy­yəsində təmayülləşmənin tətbiqi ilə əlaqədar hazırda BŞTİ tərəfindən məktəb direktorları üçün maarifləndirici seminarlar keçirilir. Seminarlarda təmayül siniflərinin təşkili ilə bağlı məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilir.
Qeyd edək ki, 2016-2017-ci dərs ilində BŞTİ-nin nəzdindəki 58 ümumi təhsil məktəbində 176 təmayül sinfi fəaliyyət göstərib.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Ağstafa Rayon Təhsil Şöbəsi məktəb direktorlarının iştirakı ilə şura iclası keçirib

Ağstafa Rayon Təhsil Şöbəsi məktəb direktorlarının iştirakı ilə şura iclası keçirib

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir: