Xəbərlər / Digər Xəbərlər
06 sentyabr 2017
3 257


Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

 

Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı artıq başa çatıb. Adətən, tələbə adını qazanmalarına baxmayaraq, bəzi abituriyentlərin qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçmədiyini müşahidə edirik.

Maraqlıdır, bu il universitetlərdə vəziyyət necədir? Ali təhsil müəssisələrinin ayırdığı plan yerləri dolubmu? Qəbul olunduğu ali məktəbdə oxumaqdan imtina edən tələbələr varmı?


Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli: "Bu il universitet qəbul imtahanları ilə bağlı 1420 plan yeri ayırıb. Birinci mərhələdə 1333 abituriyent ali məktəbimizə qəbul olunub. Onlardan 1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə 8 abituriyent qəbul olunub və 1 nəfər qeydiyyatdan keçməyib”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov: "2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Universitetə 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq, ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6%-ni təşkil edir. Müqayisə üçün bildirim ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olub.

Ötən ildən fərqli olaraq, bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
2017-2018-ci tədris ili üçün "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2%-i, "Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.

Eyni zamanda yeni tədris ilində ADPU-nun Şəki filialına 8 ixtisas üzrə 195 nəfər, Quba filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Universitetin 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti: "Bu il tələbə qəbulu üçün plan yerimiz 1725 idi. Azərbaycan Memarlıq və İnşaat Universitetinə 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Qəbul olunan, ancaq qeydiyyatdan keçməyənlərin sayı birinci turda 20 nəfər, ikinci turda isə 4 nəfər oldu”.

Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov: "Builki qəbul imtahanları ilə bağlı Qərb Universiteti olduqca yüksək nəticələr göstərib. Təkcə bakalavr pilləsinə 650-yə yaxın tələbə qəbul olunub. Bu, təxminən 70 faiz göstərici deməkdir. Eyni zamanda, qeydiyyatdan keçməyənlər də oldu, onların sayı cəmi 45 nəfər idi”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev: "2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planına əsasən, Bakı Avrasiya Universitetində bakalavr səviyyəsinə plan yeri 93 faiz dolub. Bu il müxtəlif ixtisaslar üzrə universitetə 480 yer ayrılıb. Həmçinin, qeyd etməliyəm ki, 474 abituriyent universitetə qəbul olunsa da, onlardan 432 nəfər qeydiyyatdan keçib”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Bu günə kimi imtahanlarda 82 nəfər 700 bal toplayıb

Bu günə kimi imtahanlarda 82 nəfər 700 bal toplayıb

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Orta ixtisas təhsili müəssisələrinə 9 min 3 nəfər qəbul olunub

Orta ixtisas təhsili müəssisələrinə 9 min 3 nəfər qəbul olunub

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi