Xəbərlər / Digər Xəbərlər
06 sentyabr 2017
2 592


Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Bakı Tikiş Evi” ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb.

Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə, mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.

Belə ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzlərində, həmçinin "Sədərək”, "Binə” və "Karvan” ticarət mərkəzlərində yerləşən mağazalarda, Sumqayıt şəhəri, 30-cu məhəllədə "Mələk” və 40-cı məhəllədə yerləşən "Pompey” ticarət mərkəzlərində "Bakı Tikiş Evi” ASC-yə məxsus "BTE” əmtəə nişanından qanunsuz istifadə edilərək, mənşəyi bilinməyən parçalardan tikilmiş külli miqdarda məktəbli geyimlərinin satıldığı aşkar olunub.

Əmtəə nişanının saxtalaşdırılması yolu ilə nişan üzərində müstəsna hüquq sahibi olan sahibkarın hüquqlarını pozmaqla istehlakçıların çaşdırılmasına və bazara mənşəyi məlum olmayan malları çıxardığına görə satış obyektlərinin sahiblərinə xəbərdarlıq edilib. Həmçinin məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib. Laboratoriya sınaqlarının nəticələri barədə əlavə məlumat veriləcəkdir. Həmçinin saxta məktəbli geyimlərini istehsal edən sexin aşkar olunması istiqamətində müvafiq işlər görülür.

Bunu əsas götürərək valideynlərə tövsiyə edirik ki, insan həyatı və sağlamlığının qorunması, isteklakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar. Bu, həm övladlarınızın sağlam inkişafına, həm də istehlak bazarında müəyyən olunan saxtakarlığın qarşısının alınmasına xidmət edəcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

BƏD XƏBƏR  ! - Məktəbli formaları mütləq bahalaşacaq

BƏD XƏBƏR ! - Məktəbli formaları mütləq bahalaşacaq

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Şabranda  "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti  oyun baş tutub.

Şabranda "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti oyun baş tutub.

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı

Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı

Şəmkirdə məktəbli cüdoçular arasında zona birinciliyi keçirilmişdir

Şəmkirdə məktəbli cüdoçular arasında zona birinciliyi keçirilmişdir

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Məktəbli qızı zorlayanlardan biri “Azərişıq” ASC-nin... - Şok

Məktəbli qızı zorlayanlardan biri “Azərişıq” ASC-nin... - Şok

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı