Xəbərlər
04 sentyabr 2017
4 022


Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

 

Zaqatalada 61 yaşlı kişi intihar edib.


A24.Az bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sentyabrın 3-də saat 21.00 radələrində rayonun Suvagil kənd sakini, 1956-cı il təvəllüdlü Rəfail Oruc oğlu İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Rəfail İsmayılovun İntihar etməsi məlum olub.


Məlumatda bildirilir ki, Rəfail İsmayılov Suvagil kənd 1 saylı tam orta məktəbində tarix müəllimi işləyib.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.







Загрузка...
Həmçinin oxuyun: