Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Lerik rayonu, M.Qafarov adına Siyov kənd tam orta məktəbinin hazırki  acınacaqlı vəziyyətini əks etdirən videogörüntülər göndərilib. 
Görüntülərə əsasən məktəbin hazırki vəziyyəti çox bərbaddır və tədris mərkəzi üçün uyğun deyil.

 

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

 

Məsələ ilə bağlı Siyov kənd tam orta məktəbinin  direktor əvəzi  Zöhrab Mürşüdovla əlaqə saxladıq.


Direktor vəzifəsini müvəqqəti  icra edən Zöhrab müəllim bildirdi ki, həqiqətən məktəbin vəziyyəti acınacaqlıdır. "Məktəbimizin 160 şagirdi və 24 müəllimi var .  Bu il məktəbdən 14 nəfər ali məktəbə, 6  nəfər isə orta ixtisas məktəbinə daxil olub. Həmin şagirdlər bu biliyi repetitor yanına getmədən, məktəbin köməkliyi ilə əldə ediblər. Şagirdlərimizdən 486 bal toplayanlar da olub. Bu kənd məktəbi üçün normal göstəricidir. Bizim məktəbin bir çatışmayan cəhəti ingilis dilindən müəllimin olmamasıdır. Çünki bizim məktəbə dərs deməyə gələn müəllimələr bir müddətdən sonra analıq məzuniyyətinə çıxır, 3 ildən sonra da 2-ci məzuniyyət götürürlər. Əziyyətini isə məktəb çəkir. İngilis dilindən  kadr çatışmır”.


Direktor bildirdi ki,  məktəbdə davamiyyət yüz faizdir. "Müəllim heyətimiz də güclüdür. Bu il Diaqnostik Qiymətləndirmədən 6 müəlllim 50-dən yuxarı nəticə əldə edib,  bir nəfər isə 58 bal yığıb. Cəmi 2 müəllimimiz 50-dən aşağı nəticə göstərib.

 

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO


Qonşu kənddə bir məktəb var,  35 şagirdi olar, ya olmaz. Həmin məktəbin lüks şəraiti var. İldə 1 şagird qəbul olar, ya yox. Bizim isə hər cür imkanımız var, sadəcə olaraq şərait yaratmırlar ki, biz dərs keçək. Məktəbin şəraiti ucbatından  şagirdlər burdan köçüb gedirlər”.

Zöhrab Mürşüdov açıqlamasında qeyd etdi ki,  məktəbə kömək etməyə  şəxsi imkanı yoxdur.  "2-ci qrup Qarabağ əliliyəm,  ürəyimdən təzə əməliyyat olmuşam. Mənim maddi imkanım o qədər də yaxşı deyil ki,  öz hesabıma məktəbə kömək edəm. Dəfələrlə Təhsil Nazirliyinə, rayon icra hakimiyyətinə müraciət etmişəm.  Cavab almamışam. Keçən il Təhsil Nazirliyindən 3 nəfər yoxlamaya gəldi. Keçmiş direktorun işində bəzi nöqsanlar araşdırıldı,  nəticədə işindən azad edildi. Təhsil Nazirliyi məktəbin vəziyyətini gördü. Məktəb neçə ildir suvaqsız qalıb. Qışda bizə soba, odun vermədilər. Dağ yeridir, dəniz səviyyəsindən 1500 m yuxarıda yerləşir, qışı çox soyuq keçir. Bizim dərdimizə çarə edən yoxdur. Müvafiq orqanlardan xahiş edirəm ki,  məktəbimizin təmirinə kömək etsinlər”.

Lerik rayonu, M.Qafarov adına Siyov kənd tam orta məktəbinin hazırki vəziyyətini əks etdirən videogörüntüləri təqdim edirik:
 
 
 
A24.az



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Təhsil işçilərinə sahib çıxın!  Ekspertdən VİDEO müraciət.

Təhsil işçilərinə sahib çıxın! Ekspertdən VİDEO müraciət.

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb

Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb

Ucqar kəndi seçən gənc müəllim

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

M.Mənsimovun tikdirdiyi kənd məktəbinin qazını kəsdilər -müəllimlər ayağa qalxdı

M.Mənsimovun tikdirdiyi kənd məktəbinin qazını kəsdilər -müəllimlər ayağa qalxdı

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Təsisçi və baş redaktor:Elşən Qafarov

Təsisçi və baş redaktor:Elşən Qafarov