Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 

 

"Təhsil Nazirliyi mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə çox həssas və təcili münasibət göstərməlidir”.

Bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı müəllimlərin açıqlamalarına münasibət bildirərkən deyib.

Q.Paşayeva bildirib ki, çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdeh şəxslər tamamilə prosesdən uzaqlaşdırılmalıdır: "Bu məsələ çox narahat edici və ciddi bir məsələdir. Əgər bir dərslikdə şagird səhv tutursa, bu, çox üzücü haldır.  Ən narahat edən məsələ isə əməkdar müəllim Almaz Həsrətin vurğuladığı yanaşmadır. Deməli, illərdir mütəxəssislər biologiya dərsliklərində çoxlu səhv tapır, amma vəziyyət dəyişmir. Bəs, Təhsil Nazirliyi tərəfindən təyin olunmuş ekspertlər hara baxıb? Niyə vəziyyətin düzəldilməsi üçün addımlar atılmayıb? Bu ölkədə yaxşı dərslik yaza biləcək onlarla mütəxəssis var. Nə üçün onlar prosesə cəlb olunmur? Dəhşətə bax! Almaz xanım deyir ki, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar edilib.  Vallah, adam deməyə söz də tapmır. Mən Almaz xanım və bu məsələdə mövqe nümayiş etdirən mütəxəssislərin hamısı ilə razıyam və hesab edirəm ki, bu dərsliklər məktəblərə göndərilməməlidir. Düşünün ki, uşaqlar oxuduqları dərslikdə səhvləri görür və müəllimə dərslikdə olan səhvləri deyir. Doğurdan da utanverici bir vəziyyətdir və təcili düzəldilməlidir.  Səhv dolu kitab niyə qalib elan edilir?! Almaz xanım və digər mütəxəssislərin bu sualına şəxsən mən də maraqla nazirlikdən cavab gözləyirəm. Necə olub? Görün vəziyyət nə yerdədir ki, tanınmış bir müəllimə dərsliklərimizi utandıqlarından beynəlxalq tədbirlərə apara bilmədiklərini deyir”.

Məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət hazırladığını bildirən millət vəkili məsələyə ən qısa zamanda reaksiya veriləcəyinə inandığını bildirib: "Bir millət vəkili olaraq bu məlumatları, açıqlamaları oxuyanda çox narahat oldum. İnanıram ki, bu sahədə bir sıra uğurlu dəyişikliklərə nail olan Mikayıl Cabbarov bu məsələyə qısa zamanda reaksiya verəcək və ciddi tədbirlər görüləcək. Mən də Almaz xanımın çağırışına qoşularaq ciddi mütəxəssislərin iştirakı ilə dərsliklərə yenidən baxılmasına çağırıram. Nazirlik əməkdar müəllim Almaz xanımın açıqlamaları, əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayevin "son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir. Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun” açıqlamasına ciddi yanaşmalıdır. Təhsil Nazirliyinin rəsmi nümayəndəsinə, Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdirinə vəziyyəti deyən mütəxəssisin heç bir addım atılmaması ilə bağlı fikirləri isə üzücüdür. Ümid edirəm ki, Təhsil naziri mütəxəssislərin bu çağırışını eşidəcək və onları qəbul edəcək, vəziyyət müzakirə ediləcək və ciddi problemlər aradan qalxacaq və qalxmalıdır. Çünki söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Qənirə Paşayeva Tovuz məktəblərində

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Təhsil eksperti Almaz Həsrətin müəllimlər üçün yeni METODİK VƏSAİTİ çap olunub

Təhsil eksperti Almaz Həsrətin müəllimlər üçün yeni METODİK VƏSAİTİ çap olunub