Xəbərlər / Digər Xəbərlər
28 avqust 2017
4 260


Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

 

2017-2018-ci tədris ilinin başlamasına bir neçə gün qalıb. Ancaq məktəbli dərsliklərindəki problemlərlə bağlı iddialar bitmir.
 
Bir qrup müəllim yeni tədris ilinə hazırlanan biologiya dərsliklərində çoxlu sayda səhv olduğundan şikayət edirlər.
 
 
Əməkdar müəllim Almaz Həsrət bildirib ki, kurrikulumun tətbiqinə başladıqdan sonra hazırlanan dərsliklərdə çoxlu sayda qüsur aşkarlayıblar: "Artıq neçə ildir ki, biologiya dərsliklərində elmi, şəkil, redaktə və s. kimi səhvlər ortaya çıxarırıq. Bu, dərsliklərin hazırlanması işinin zəif təşkilini və dərslikləri yazan müəlliflərin səriştəsiz olmasını göstərir.
Təəssüf doğuran məqam odur ki, səhvlərlə dolu bu dərsliklər Təhsil Nazirliyi tərəfindən təyin edilmiş ekspertlər tərəfindən analiz edilir, qalib elan olunur və çapa verilir”.
 
 
A.Həsrət deyir ki, həmin dərsliklərin orta məktəblərə paylanmasının qarşısı alınmalıdır: "Yeni tədris ili üçün həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanmış biologiya dərsliklərinin məktəblərə çatdırılmasının qarşısı alınmalıdır və onlar yenidən işlənməlidir. Məsələn, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik.
Hətta şagirdlər özləri dərslikdə olan səhvləri tapıb müəllimə deyir. Bu, utancverici bir haldır. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!”.
 
 
 
A.Həsrət Azərbaycan dərsliklərini mötəbər tədbirlərə apara bilmədiklərindən narazılıq edir: "Utanırıq, çünki bizim dərsliklər ələ gələsi deyil. Düşünürəm ki, dərsliklərlə bağlı fərqli qurum yaradılmalıdır. Mərkəzdə sırf mütəxəssislər toplanmalıdır. Məncə, dərslik yazan müəllif heyəti dəyişməlidir. Müəllif heyətinin tərkibində alim, dilçi olmalıdır. Sırf ixtisasını bilən, kurrikulumu mənimsəmiş mütəxəssis olmalıdır. Yaş səviyyəsini nəzərə alıb dərslik hazırlamaq üçün psixoloq da bu işə cəlb edilməlidir. Bunlar nəzərə alınmazsa, təbii ki, səhv dolu olacaq.
İllərlə səhv kitablar yazan şəxslər bu işdən uzaqlaşdırılmalıdır. Onlar heyətdə qalsalar,  yenə dərsliklərdə səhvlər ortaya çıxacaq.  Bütün qüsurlu dərsliklərin qarşısı alınmalıdır. Dərslik siyasətinə, hazırlanması prosesinə yenidən baxılmalıdır.  Ondan sonra uğurlu dərsliyin əldə edilməsinə nail olarıq”.
 
A.Həsrət vurğulayır ki, bütün dərsliklərə yenidən baxılması üçün hər şey edəcəklər: "Çalışırıq ki, qüsurlu dərsliklərə yenidən baxılmasına köməklik edilsin. Ona görə Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyevaya bununla bağlı açıq məktub ünvanlamışıq. Bizim şagirdlər olimpiadalara hazırlaşanda dərsliklərlə deyil, xüsusi proqram əsasında hazırlaşırlar. Amma Rusiyada uşaqlar məhz sinif dərsliyi əsasında hazırlaşaraq fənn olimpiadalarında iştirak edir. Dərsliklər doğru olsa, istədiyimiz savada nail ola bilərik”.
 
 
 
Əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayev də dərsliklərin qüsurlu hazırlanmasından şikayət edir.
 
M.Babayev Lent.az-a bildirib ki, dərsliklərin çapında bir nəşriyyat əsas rol oynayır: "Mənə maraqlıdır ki, nə vaxta qədər Azərbaycanda dərsliklərin müqəddəratını nəşriyyatın nüfuzu müəyyən edəcək? Biz də müəllifi olduğumuz kitabı tenderə çıxartdıq, amma seçilmədi. Biz "Təhsil” Nəşriyyat evi ilə işləmişdik. Tenderdə isə başqa nəşriyyat evinin kitabı qalib oldu. İçində o qədər səhv ola-ola”.
 
 
M.Babayev deyir ki, dərslikləri təcrübəsi olan adamlar hazırlamalıdır: "2002-ci ildən X-XI sinif biologiya kitablarının müəllifiyəm. Azərbaycanda kurrikulumun ilk koordinatoru mənəm. 28 ildir bu sahədəyəm. 2002-ci ildə ilk dəfə həm X və XI sinif üçün biologiya dərsliyim çıxdı. Təkmilləşdirdik və 16 ildir tədris olunur. Heç bir şikayət də yoxdur. Ancaq son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir.
Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun”.
 
 
M.Babayev deyir ki, bir neçə ay bundan qabaq Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmovun qəbulunda olub və baş verən xoşagəlməz hallarla bağlı ona məlumat da verib: "Dedim, bu işdə çirkin əməllər var və kimsə pis işlər görür. Xəbərdarlıq etdim. Bizim müraciətlərimizə ancaq şablon cavablar göndərir. İndi isə istəyirəm ki, nazirlə görüş təyin edilsin, hamımız yığışıb müzakirə edək. Soruşsunlar, dərdiniz nədir, niyə qədər məktub yazırsınız?! Təklif edirəm ki, dərsliklər hazırlanıb orta məktəb müəllimlərinin səs çoxluğu ilə seçilsin”.
 
 
Məsələ ilə bağlı qarşı tərəf olan Təhsil Nazirliyindən mövqe almağa çalışsaq da, nazirlik iddialar qarşısında susqunluq nümayiş etdirir. Nazirliyin müvafiq şöbələrindən də suallarımıza cavab ala bilmədik.
 
Şagirdlər isə yeni tədris ilində də yüzlərlə səhvlə dolu dərsliklərdən istifadəyə davam edəcəklər. Göz görə-görə...
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

"Mayın sonu olmamış dərs proqramı bitirsə, bu şagirdlərin məktəb yolunu ölçməsinin nə mənası var?"

"Mayın sonu olmamış dərs proqramı bitirsə, bu şagirdlərin məktəb yolunu ölçməsinin nə mənası var?"

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

"Həmkarlarımız bu layihəni məsuliyyətsizcəsinə "plagiat" adlandırırlar"

"Həmkarlarımız bu layihəni məsuliyyətsizcəsinə "plagiat" adlandırırlar"

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi