Xəbərlər / Ekspert
27 avqust 2017
3 347


Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

 

 

Təəssüf ki, Azərbaycanda əmək bazarının tələblərini ödəmək üçün kadr hazırlığı universitetlərdə yüksək səviyyədə həyata keçirilmir. Sovet dövründə Azərbaycanda əmək bazarında çalışan mütəxəssislərin 70-80%-ni peşə məktəbləri istehsalata buraxırdı. Bu gün Azərbaycanda fəaliyyət göstərən 110-a yaxın peşə məktəbinin maddi-texniki bazası, peşə hazırlığı olduqca aşağı səviyyədədir.
Bu sözləri peşə təhsilinə marağın artması ilə bağlı açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, artıq gənclər birbaşa əmək bazarında fəaliyyət göstərmək üçün 4 il vaxt itirməkdənsə, bunu minimum müddət ərzində həyata keçirməyi düşünürlər:

"Prezident İlham Əliyev bununla bağlı 2016-cı ildə Peşə Agentliyi Mərkəzinin yaradılması ilə bağlı sərəncam imzaladı. Bundan sonra peşə məktəblərinə ciddi sürətdə maraq yaranmağa başlayıb. İndiyədək peşə məktəblərinə müxtəlif yollarla qəbul həyata keçirilirdisə, hazırda mərkəzləşmiş qaydada ASAN Xidmət mərkəzlərilə Təhsil Nazirliyinin birgə layihəsi əsasında həyata keçirilir. Gənclərin peşə məktəblərində təhsilini davam etdirməsi müsbət haldır. Gənclər peşə məktəbini bitirdikdən sonra tam orta məktəbi bitirdiyinə dair sənəd alır. Bununla yanaşı onlar üçün birbaşa bu və ya digər ixtisas üzrə peşəkar kadr kimi yetişmək şansı yaranır”.

Ekspert bildirib ki, peşə təhsilini seçmək qısa vaxtda ixtisasa yiyələnməyin ən rahat üsuludur:

"Azərbaycanda ali təhsil alanların sayı kifayət qədər çoxdur. 54 ali təhsil müəssisəsində 165 minə yaxın tələbə təhsil alır. Onlar hansısa ixtisas üzrə kadra çevrilmək üçün 4 il vaxt sərf edirlər. Reallıq da bundan ibarətdir ki, ali məktəblərdə təhsilini başa vuran tələbələrin yalnız 20-30 faizi ixtisası üzrə işləyir. Onlar ya qeyri-ixtisas sahələrində çalışmağa başlayır və ya işsiz qrupuna qoşulurlar. Lakin birbaşa peşə məktəblərinə istiqamətli seçim etdikdə 4 il vaxt itirmədən, 6 ay, 1 il, maksimum 2 il ərzində birbaşa əmək bazarında ehtiyac olan ixtisasa yiyələnmiş olurlar. Bu gün bizim peşə məktəblərini bitirmiş işçilərə kifayət qədər ehtiyacımız var. Peşə məktəbləri həm sürətli kadr hazırlığını həyata keçirir, həm də buranı bitirən gənclər işlə təmin olunur. Peşə məktəblərində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Onlar zərgər, dülgər, rəngsaz, dərzi, mexanik, maşın ustası kimi ixtisaslara yiyələnirlər ki, buna da cəmiyyətdə kifayət qədər ehtiyac var. Onu da qeyd edim ki, onların gəlirləri ali məktəbi bitirib işləyənlərin qazancından dəfələrlə çoxdur”.

Qeyd edək ki, ötən il peşə məktəblərinə qəbul olunanların 25 faizdən çoxunun əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi "4”-dən yuxarı olub. Bu il isə nəinki "4”, orta attestat balı "5” olan 50-yə yaxın şəxs peşə məktəbinə üz tutub.









Загрузка...
Həmçinin oxuyun:
Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir