Xəbərlər / Digər Xəbərlər
25 avqust 2017
3 736


Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

 

Şəffaf və ədalətli imtahan mühiti, ictimai və dövlət nəzarəti üçün ciddi təminatlar olmadan nəhəng bir korrupsiya maşının işə düşməsinə şərait yarada biləcək yeni bir sistemin yaradılmasına siyasi rəhbərlik heç bir halda imkan verməz.
Bu sözləri test üsulunun ləğv olunması ilə bağlı yayılan informasiyalara münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, test imtahanlarının ləğvini yenidən gündəmə gətiriblər:
"Bu dəfə DİM-in sədri Məleykə Abbaszadəyə istinad olunub. Yayılan informasiyalar göstərir ki, DİM və Təhsil Nazirliyi arasında kurikulum əsasında biliyin qiymətləndirilməsində tətbiq olunacaq metodla bağlı ziddiyyətlər pik həddinə çatıb. Əslində bu, gözlənilən idi. Çünki bu il ilk dəfə olaraq kurikulum əsasında təhsil alan 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri bütün təhsil ictimaiyyətini şoka saldı. 30 ballıq sistemlə 1-ci mərhələnin nəticələri aşağıdakı kimi oldu:

Riyaziyyat: 0 – 18 bal (95%)
Ana dili: 0 - 18 bal (82%)”.
 
O.Gündüz bildirib ki, bu nəticələr indiyədək ya kurikulum olmadığını, ya da qiymətləndirmə metodikasının düzgün həyata keçirilmədiyini göstərir:
"Güman ki, DİM məktəblərdə tədrisin zəif olması, Təhsil Nazirliyi də qiymətləndirmənin düzgün aparılmadığı qənaətindədir. Ola bilər ki, kimlərsə mövcud məqamda məhz bu cür nəticələrdən, yaranmış ziddiyyətlərdən istifadə edib yenidən test imtahanlarının ləğvinə nail olmaq istəyir. Əgər DİM bu qaydada qiymətləndirməyə davam etsə, təbii ki, 2 il sonra kurikulum əsasında ali məktəblərə qəbul və buraxılış imtahanları iflasa uğrayacaq”.
"Həqiqətən də ciddi problem var. Lakin problemin həlli üçün test imtahanlarının, imtahanların mərkəzləşdirimiş qaydada keçirilməsinin ləğvindən söhbət gedə bilməz. Bunlar indiki halda yolverilməzdir. Eyni zamanda DİM biliyin qiymətləndirilməsi istiqamətində son illərdə apardığı işləri daha da təkmilləşdirməli, bu prosesə Təhsil Nazirliyinin ekspertləri də cəlb edilməlidir. Yeni proqramlara uyğun ədəbiyyatlar, testlər və metodiki vəsaitlər hazırlanmalıdır. Çünki həm Təhsil Nazirliyində, həm də DİM-də yeni proqramlara uyğun vəsaitlərin, testlərin hədsiz azlığı hiss olunur. Son dövrlərdə DİM tərəfindən açıq tipli, mətn tipli testlərin və digər bu kimi mütərəqqi texnologiyaların tətbiqini qiymətləndirmədə irəliyə doğru addım kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son zamanlarda Təhsil Nazirliyi tərəfindən atılan müsbət addımları da dəyərləndirmək lazımdır”.
O.Gündüz müasir texnologiyaların qiymətləndirmədə insan amilinin minimuma endirilməsinə, istənilən məntiqi prosesin avtomatlaşdırılmasına yetərincə imkan verdiyini də qeyd edib:
"Test texnologiyalarını maksimum təkmilləşdirməklə bu prosesi ədalətli və şəffaf formada təşkil etmək mümkündür. Ümid edirəm ki, DİM və Təhsil Nazirliyi arasında hazırda müzakirə mərhələsində olduğu bildirilən yeni qiymətləndirmə modeli də məhz mövcud sistemin ləğvini deyil, onun daha da təkmilləşdirilməsini nəzərdə tutur”.
Qeyd edək ki, DİM-in sədri Məleykə Abbaszadə iki ildən sonra buraxılış və qəbul imtahanlarında yeni modelə keçiləcəyini bildirib. M.Abbaszadənin bu sözləri test üsulunun ləğvi kimi şərh olunub.



Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Buraxılış imtahanlarına hazırlaşanlar üçün yeni vəsait nəşr edilib  Böyüt

Buraxılış imtahanlarına hazırlaşanlar üçün yeni vəsait nəşr edilib Böyüt

"Markerlərə verilən ödəniş mənə çox az göründü"

"Markerlərə verilən ödəniş mənə çox az göründü"

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım