Xəbərlər, Digər Xəbərlər
23 avqust 2017
671

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Prezident İlham Əliyev avqustun 23-də Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin yeni korpusunda yaradılan şəraitlə tanış olub.


Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

 

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlət başçısına məlumat verib.

 

 

Bildirilib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.

 

Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb.

 

Yeni korpus Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olacaq. Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

 

 

***

 

Prezident İlham Əliyev avqustun 23-də Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak edib.

 

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Məhəbbət Vəliyeva:

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

"Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbrsizliklə gözləyirik!"

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Prezident İlham Əliyev TQDK

Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Mikayıl Cabbarov:

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

GDU-nun yeni 4 mərtəbəli korpusu istifadəyə verildi - VİDEO

GDU-nun yeni 4 mərtəbəli korpusu istifadəyə verildi - VİDEO

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

Qəbul imtahanları hansı hallarda pulsuz olacaq - Prezdentin sərəncamının detalları

Qəbul imtahanları hansı hallarda pulsuz olacaq - Prezdentin sərəncamının detalları

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb...

Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb...

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib