Xəbərlər / Digər Xəbərlər
22 avqust 2017
3 566


SABİQ DEPUTATIN ƏLAÇI OĞLUNA NİYƏ QIZIL MEDAL VERİLMƏDİ? – AÇIQLAMA

Sabiq millət vəkili Nazim Bəydəmirlinin oğlu qırmızı attestat alsa da, qızıl medala layiq görülməyib. Bu barədə eks-deputat "Facebook" səhifəsində yazıb. O, oğlu Cavidə qarşı haqsızlıq edildiyini bildirib:

 

"Bəydəmirli Cavid bu attestatdan ötəri istirahətini yarımçıq qoyub Bakıya gedib. Qızıl medal verməyiblər, səbəbi bürokratiya və Nazirlər Kabinetinin qərarının düzgün tətbiq olunmamasıdır. İki Beynəlxalq bilik yarışması iştirakçısı (birində qalib, o birisində laureat) Qızıl medal ala bilməz, amma tərif dolu inşa yazanlar alar". Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndik. Ekspert bildirib ki, sabiq deputat iradında haqlıdır: "İlk növbədə qeyd edim ki, "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı var. 14 yanvar 2010-cu ildə Azərbaycan Respublikasının Baş naziri Artut Rasi-zadənin imzası ilə təstiq olunmuş sənəddə deyilir ki, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilir.


Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır. Yəni, bu kateqoriyalardan hər hansı biri namizədliyi irəli sürülən şəxsdə varsa, o fərqlənmə attestatı ilə yanaşı qızıl və ya gümüş medal ala bilər.

Həmin qaydaların müvafiq maddələrini qeyd edim:
 
4. Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:
4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər;
4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar;
4.3. bütün fənlərdən illik qiymətləri "əla" olanlar; 4.4. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

Bunlara nəzər saldıqda görürük ki, hörmətli iqtisadçı, keçmiş deputat Nazim Bəydəmirlinin övladı, DİM-in imtahanlarında yüksək bal toplamış, lakin bununla kifayətlənməyərək SAT imtahanı verərək ordan da yükskək nəticə əldə edərək ADA-ya qəbul olan Cavid Bəydəmirliyə qızıl medal verilməli idi. Bunlarla hanaşı o həmdə Ukrayna və digər ölkələrdə beynəlxalq elmi yarışların, olimpiyadaya bərabər tutulan layihələrin iştirakçısı və qalibi olub".

 

Mövzu ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, seçimlər qüvvədə olan qərara əsasən aparılıb. Seçimlərin qeyri-obyektiv aparılmasından söhbət belə gedə bilməz.

 PrimeTime.Az

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Qızıl və gümüş medala layiq görülən şagirdlərin sayı açıqlanıb

Qızıl və gümüş medala layiq görülən şagirdlərin sayı açıqlanıb

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

Bakı məktəblisi qızıl medal qazanıb

Bakı məktəblisi qızıl medal qazanıb

Gürcüstanda orta məktəbi qızıl medalla bitirənlərdən 3 nəfəri azərbaycanlılardır

Gürcüstanda orta məktəbi qızıl medalla bitirənlərdən 3 nəfəri azərbaycanlılardır

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Beynəlxalq Olimpiyadada Azərbaycan məktəblilərinin daha bir uğuru

Beynəlxalq Olimpiyadada Azərbaycan məktəblilərinin daha bir uğuru

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Azərbaycanlı tələbə universitetdə bölüm birincisi olub və qızıl medala layiq görülüb

Azərbaycanlı tələbə universitetdə bölüm birincisi olub və qızıl medala layiq görülüb

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"