Xəbərlər / Müəllim
22 avqust 2017
25 944

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

AÇIQ MƏKTUB
Hörmətli Mehriban xanım,
Biz, orta məktəblərin 10-cu sinifləri üçün dərslik komplektinin müəllifləri təəssüf hissi ilə Sizə təkrar müraciət etmək məcburiyyətində qalmışıq. Belə ki, 03 iyun 2017-ci il tarixində Şəxsinizə ünvanladığımız müraciətdə guya alternativ əsaslarla təşkil olunmuş satınalma nəticəsində qalib elan edilmiş dərslik komplektinin çoxsaylı elmi səhvlərlə zəngin olduğunu, bununla bağlı Təhsil Nazirliyinə ünvanlanan müraciətlərimizə başdansovdu cavab verildiyini və gərəkli tədbirlər görülməzsə yetişməkdə olan nəslə yanlış savad verilə biləcəyini qeyd etmişdik.

Şəxsinizin müvafiq xidmətləri bu müraciəti araşdırılıb tədbir görülməsi üçün Təhsil Nazirliyinə göndərmiş, oradan da çox güman sizə müvafiq tədbirlərin görüldüyü haqqında məlumat verilmişdir.

Bunu nəzərə alaraq diqqətinizə çatdırmaq istərdik ki, bizim o müraciətimiz də digər müraciətlərimiz kimi heç bir şəkildə araşdırılmamış, bizə - müraciət müəlliflərinə tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmovun imzasıyla əvvəlki kimi şablon cavab göndərilmişdir. Məsələ mətbuatda da geniş müzakirəyə səbəb olmuş, bizim konkret faktlarla göstərdiyimiz çoxsaylı elmi səhvlər ətrafında fikir mübadiləsi aparılmışdır. Amma təəssüflər olsun ki, bu faktların bir neçəsi istisna olmaqla heç birilə bağlı münasibət bildirilməmiş, heç kim bizi dəvət edib dinləməmişdir. Bu isə o deməkdir ki, qalib elan edilmiş dərslik komplektinin mütləq və qeyd-şərtsiz təsdiqlənib nəşr edilməsi kimlərinsə şəxsi maraqlarından irəli gəlir. Belə maraqların yetişməkdə olan yüz minlərlə övladımızın elmi cəhətdən şikəst olmasına hesablanması şübhəsizdir.
 
Hörmətli Mehriban xanım,

Ona görə də Sizə son dərəcə güvəndiyimiz üçün, Şəxsinizin də elmə və təhsilə yüksək qayğıyla yanaşdığınızı bildiyimizə görə təkrar müraciət edərək açıq məktubla məsələni ictimailəşdirməyə məcbur oluruq. Sizdən xahiş etmək istərdik ki, məsələni şəxsən nəzarətə götürəsiniz və bəzi şəxslərin övladlarımızı elmi cəhətdən şikəst etmək cəhdlərinin qarşısının alınmasında sözünüzü deyəsiniz. Biz öz şikayətimizin əsaslılığına əminik və məsələnin çözümü üçün mütləq bizim də iştirakımızla elmi müzakirənin təşkilini çıxış yolu kimi görürük.
Hörmətlə,

Məcnun Babayev: Biologiya elmləri doktoru, Professor, Əməkdar müəllim
Almaz Həsrət: Əməkdar müəllim
Eynulla Musayev: Bakı Dövlət Universitetinin müəllimi.

Qeyd: Ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq strukturu 10-cu sinif biologiya dərslik komplektinin hazırlanması üçün tender elan edib. Keçirilməsi nəzərdə tutulan tenderə cəmi 2 alternativ komplekt təqdim edilib (tenderin baş tutması üçün ən azı 3 təklif olmalıdır). Buna görə də tender baş tutmayıb və satınalma gerçəkləşdirilməklə 2 təklif arasında seçim edilib. Qalib elan edilmiş dərslik komplektində çoxsaylı elmi səhvlər olsa da komissiya buna diqqət yetirməyib. Mətn hissəsi təxminən 120 səhifə olan dərslikdən 30 səhifəlik səhv aşkar edən digər müəllif qrupu bununla bağlı Təhsil Nazirliyinə, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin sabiq müdiri Fatma Abdullazadəyə və ölkənin Birinci vitse-prezidentinə müraciət edib. Amma bütün hallarda şikayət araşdırılmayıb, şikayətçilərə sadəcə şablon cavab verməklə məsələnin qapadılmasına cəhd edilib. Ona görə də şikayətçilər təkrar Birinci vitse-prezidentə müraciət ünvanlamaq məcburiyyətində qalmaqla bərabər bunu açıq məktubla etmək qərarına gəlmişlər. Belə anlaşılır ki, Təhsil Nazirliyinin dərslik məsələlərinə baxan struktur vahidi həm cənab nazir Mikayıl Cabbarova, həm də ölkənin Birinci vitse-prezidentinə yanlış məlumat verməklə özlərinə bəlli olan səbəblərdən səhvlərlə dolu dərslik komplektinin həyata vəsiqə almasına nail olmaq istəyir. Bu isə Azərbaycanın yetişməkdə olan nəslinə ciddi zərbə deməkdir.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİQQƏT! Təhsil İnstitutu bu müəllimləri əməkdaşlığa dəvət edir

DİQQƏT! Təhsil İnstitutu bu müəllimləri əməkdaşlığa dəvət edir

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"