Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Müəllim işləyə-işləyə yeri vakant göstərilib?
 
Sumqayıtda məktəblərin birində qəribə olay baş verib. Belə ki, 39 nömrəli məktəbdə tam ştat müəllim işləyən Sevinc Mirzəyevanın tutduğu vəzifə heç bir xəbərdarlıq edilmədən vakant yer kimi müsabiqəyə çıxarılıb.

Bu barədə Xeberle.com-a açıqlamasında S. Mirzəyevanın həyat yoldaşı Osman Mirzəyev deyib: "Həyat yoldaşım 20 ilə yaxındır ki, ibtidai sinif müəlliməsi kimi çalışır. 2012-2016-cı illərdə analıq məzuniyyətində olub. 2015-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına girib və 40 bal toplayıb (10 bal ixtisas). 2016-cı ildə ona yeni sinif verilib və maaşı artırılıb. Sonra isə ona xəbərdarlıq edilmədən onun işlədiyi halda yeri vakant yerə verilib. Elə bil ki, sağ adamı öldürüblər.
 
39 nömrəli məktəbin direktorunun yanına getmişik. Bizə deyir ki, vakant yerləri mən verməmişəm, mənə göndərilib. Bizə isə heç bir sənəd göstərmir. Əslində 18 saat dərs yükü olmalıdır. Deyir ki, 6 saat dərs veriləcək. Təhsil Nazirliyində də olmuşuq, orada oturan qızlar mənə dedi ki, imtahan nəticəsində az bal toplayıb ona görə saatı azalıb. Mənə maraqlı olan odur ki, əgər həyat yoldaşım savadlı kadr sayılmırsa, imtahandan sonra ona necə yeni sinif verilib və maaşı artırılıb?!"
 
Məktəb direktoru: "Sevinc müəllimə 40 sualdan 10-na cavab verib"

Məsələylə bağlı 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahovla əlaqə saxladıq. Direktor bildirdi ki, məktəb rəhbərliyinin heç bir müəllimlə şəxsi ədavəti yoxdur. Bütün verilən dərslər diaqnostik qiymətləndirilmənin nəticəsinə görə Təhsil Nazirliyinin tapşırığına əsasən edilir. "Məktəbimizin müəllimləri diaqnostik qiymətləndirilmədən keçirilib. Diaqnostik qiymətləndirilmədə müəllimlər iki imtahan verirlər, bir ixtisas, bir də metodikadan.
 
Sonradan Nazirlik Təhsil şöbələrinə, onlar da bizə göstəriş verdilər ki, ixtisasdan 15 baldan aşağı toplayan müəllimlərə 6 saat dərs verilsin. Sevinc müəllimə də 10 bal toplayıb. Verilən göstərişə görə də Sevinc müəlliməyə 6 saat dərs vermişik. Sevinc müəllimə 40 sualdan 10-na cavab verib. Müəllimlərin isə hamısına deyilib, onlar bilirdi ki, aşağı qiymət alanların saatları azalacaq. Yüksək nəticə göstərsəydilər, saatları azalmayacaqdı".
 
Sumqayıt Təhsil şöbəsinin inspektoru: "Nəticəsi zəif olan müəllimlərin saatı azalır"

Sumqayıt Təhsil şöbəsinin inspektoru Ramil Abbasov isə saytmıza bildirdi ki, vakansiyaları Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş şəkildə müəllimlərin diaqnostik nəticələrinə əsasən müəyyən olunub. "Biz Təhsil şöbəsində vakansiya müəyyən etmirik. Bunu Təhsil Nazirliyi dəfələrlə qeyd edib ki, yeni dərs ilində müəllimlərin dərs bölgüsündə mütləq diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınacaq. Təbii olaraq, nəticəsi zəif olan müəllimlərin saatı azalır. Az bal toplayanlarla bağlı Təhsil Nazirliyi keçən ay müəllimlərə imkan yaratdı. Qərar verildi ki, müəllimlərin işə qəbulu imtahanlarında qeydiyyatdan keçib özlərini bir daha sınasınlar. Özlərinə inamlı olan müəllimlər yenidən imtahan verib ballarını qaldırdılar".
 
Həmin müəllimin yerinin vakansiyaya çıxarılması qanunsuzdur

Məsələ ilə bağlı olaraq təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. K.Əsədov Xeberle.com-a açıqlamasında qeyd etdi ki, bu kimi hallarda Şəhər Təhsil şöbəsi, aidiyyatı qurumlar  təcrübəsizlik edirlər.

"İlk növbədə qeyd edim ki, məlum olduğu kimi 2014-cü ildən ilk olaraq Bakı şəhərində  müəllimlərin diaqnostik qiymətləndirilməsi başladı. Məqsəd ondan ibarət idi ki, orta təhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqları yoxlanılsın. Ümumilikdə, 140 minə yaxın müəllim diaqnostik qiymətləndirilməyə cəlb olunub.
 
Məlum oldu ki, uzun müddətdir ki, əlində təhsil sənədi olan  müəllimlərimizin 40 faizə yaxını tədris etdiyi ixtisası üzrə minimum bacarıqlara malikdir. Lakin ilk növbədə qanunvericilikdə nəzərdə tutulub ki, diaqnostik qiymətləndirilmənin nəticələrinə görə müəllimlərin işdən azad edilməsi və yaxud da onlara qarşı hər hansısa sanksiyaların həyata keçirilməsi  yolverilməzdir. Sadəcə olaraq Təhsil Nazirliyinin bu barədə müvafiq əmri var ki, daha doğrusu tövsiyyə olunur ki, müəllimlərə dərs saatlarının verilməsi onların diaqnostik qiymətləndirilmədə göstərdikləri  nəticələr əsasında keçirilsin. 

İbtidai siniflər üzrə tədris aparan müəllimlərin dəyərləndirilməsi diaqnostik qiymətləndirməyə görə həyata keçirilir. Lakin, orada dərs saatlarına başqa  müəllimlərin cəlb olunması yolverilməzdir. Mən hesab edirəm ki, diaqnostik qiymətləndirilməyə görə həmin müəllimin  yerinin vakansiyaya çıxarılması qanunsuzdur.
 
Birincisi ona görə ki, ilk dəfə olaraq keçirilən diaqnostik qiymətləndirmə sınaq imtahanı xarakteri daşıyırdı. Onun hər hansı bir konseptual sənəd əhəmiyyəti daşıması öncədən müəyyən olunmamışdı. Sonradan ölkə prezidenti İlham Əliyev "Müəllimlərin əmək haqlarının" artırılması barədə sərəncam verdi. Və bununla da diaqnostik qiymətləndirilmənin  formatı dəyişdirildi. Mənim fikrimcə, Bakı və Sumqayıt şəhərində  müəllimlərin yenidən diaqnostik qiymətləndirilməsi keçirilməlidir.
 
Çünki, həyata keçiriləndə yanaşma tərzi fərqli idi. İbtidai sinifdə  hansı dərsi böləcəklər? Çünki orda rəsm, xarici dil, informatika fənnini digər ixtisaslı müəllim tədris edir. Amma birbaşa ibtidai sinfin tədrisinə malik olan fənlərin 2 müəllim tərəfindən aparılması yolverilməzdir. Burada Şəhər Təhsil şöbəsi, aidiyyatı qurumlar  təcrübəsizlik edirlər. 6 saat dərs bölgüsü yuxarı sinifdəki müəllimlərə və yaxud ibtidai sinifdə tədris aparan digər müəllimlərə şamil olunmalıdır. Doğrudur, müəllimin dərs saatının azaldılması qanunvericilikdə öz əksini tapıb. Ancaq, bu barədə müəlliməyə xəbərdarlıq edilməli idi.”
Hicranə İsmayılova
Xeberle.com




Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

Diaqnostik qiymətləndirmədə zəif nəticə toplayan müəllimlərə yeni fürsət veriləcək

Diaqnostik qiymətləndirmədə zəif nəticə toplayan müəllimlərə yeni fürsət veriləcək

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi