Xəbərlər, Digər Xəbərlər
15 avqust 2017
3483

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Artıq respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanları və müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Adətən hər il müəllimlər qəbulla bağlı müəyyən narazılıqlarla çıxış edirlər. Kimi rayon təhsil şöbələrindən, imtahan suallarından, kimisi də yekun nəticələrdən şikayət edir.
O cümlədən zaman-zaman keçid balından az bal toplayanların müəllimlik adına sahib çıxdığını iddia edənlər də olur.
 
Bütün bunların real olma ehtimalı nə qədərdir? Müəllimlərin işə qəbulu ilə bağlı hansı problemlər mövcuddur?
 
"Bu il yerdəyişmələrlə bərabər 10 min vakant yer  mövcuddur”
 
Təhsil eksperti  Kamran Əsədov  yaranan suallarla bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, mövcud sistem hələ tam formalaşmayıb:
"Bildiyiniz kimi 2009-cu ildən etibarən orta və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu  mərkəzləşdirilmiş test imtahanları ilə həyata keçirilməyə başlayıb. İlk dəfə  bu Bakıda həyata keçirildi.  2009-cu ildə 300 nəfərdən çox müəllim işə qəbul edildi. 2011-ci ildən etibarən isə bütün ölkə ərazisində fəaliyyət göstərən 4450 orta və ümumtəhsil məktəblərində birbaşa müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada reallaşdı. Sonrakı illərdə vakansiyaların sayında azalma olsa da,  bu il yerdəyişmələrlə bərabər 10 min vakant yer çıxıb. Bu yerlərə qəbul olmaq üçün 50 mindən çox müəllim müsabiqədə iştirak edib.  İşə qəbul olunmaq üçün bir neçə tələb var.
 
Təəssüf ki, imtahan sualları yalnız hər bir şəxsin ixtisası üzrə idi: 40 sual ixtisas, 10 sual kurikulum, 10 sual isə məntiq. Müəllimlər öz ixtisasları üzrə müəyyən bilik və bacarıqlara malik olmadıqları halda belə iddia edirdilər ki, onlara təqdim edilmiş suallarda müəyyən yanlışlıqlar var.
 
Bilirsiniz, əgər bir imtahanda yüksək və maksimum nəticə göstərən şəxslər varsa, deməli imtahanda hər hansı problem yoxdur. Problem həmin şəxsin bilik və bacarıqlarındadır. Bu o deməkdir ki, imtahan suallarında hər hansı narahatlığın ifadə olunması anlaşılan deyil”.
 
"Müəllimlərin seçim mərhələsinə xüsusi diqqət etmək lazımdır”
 
Ekspertin sözlərinə görə hazırda müəllimlərin göstəriciləri şagirdlərin nəticələri ilə müqayisədə çox aşağıdır:
 
"2014-cü ildən həyata keçirilən diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbul nəticələrinə əsasən deyə bilərik ki, onların nəticələri şagirdlərin nəticələrindən aşağıdır. Müəyyən texniki səbəblər, imtahanda gecikmələr ola bilər. Amma ümimilikdə müəllimlərin narazılıqlarının heç bir əsası yoxdur. Düzdür sistem tam şəkildə formalaşmayıb.
 
Yaxşı olar ki, müəllimlər bir neçə açıq dərslərə cəlb olunsun və müsahibədə münsiflər heyəti tərəfindən onlara veriləcək mövzu haqqında sinfi necə idarə edəcəkləri ilə bağlı öz  bilik və bacarıqlarını göstərsinlər. Yəni test imtahanından sonra onlarla bir neçə müsahibə mərhələsi təşkil olunmalı və son variantda  psixoloji yoxlama testləri keçirilməlidir. Test mərhələsindən sonra müəllimlərin seçim mərhələsinə xüsusi diqqət etmək lazımdır”.
 
"Rayon təhsil şöbələri Azərbaycan üçün qara ləkədir”
 
Son zamanlar rayon təhsil şöbələrinin fəaliyyəti ilə bağlı müəyyən narazılıqların olduğunu müşahidə edirik. K.Əsədov bu məsələyə də aydınlıq gətirib:
 
"Düşünürəm ki, rayon təhsil şöbələrinin fəaliyyəti dayandırılıb ləğv olunmalıdır. Bu gün rayon təhsil şöbələri Azərbaycan təhsilinə ən ciddi zərbə vuran, ciddi nöqsanların olduğu məkandır. Çünki rayon təhsil şöbələri məktəb direktorlarının, müəllimlərin müstəqil  fəaliyyətinə imkan vermirlər. Onlar təhsilin inkişafını yox, öz maddi qazanclarını güdürlər. Onların fəaliyyəti Azərbaycan üçün qara ləkədir”.
Maraqlıdır, keçid balı toplamayan şəxsin müəllim olma ehtimalı nə dərəcədə doğrudur?
 
"Az bal toplayan şəxslər müəllim adına yiyələnə bilməz”
 
Ekspertin fikrincə, səsləndirilən fikirlər əsassızdır:

 

"Qanunvericiliyə əsasən müəllimlərin işə qəbulu test imtahanının nəticələrinə uyğun olaraq həyata keçirilir. Bəzi məktəblər var ki, orada əvəzedici müəllimlərə ehtiyac var. Yəni əsas müəllim analıq və ya digər məzuniyyətə çıxıb. Bir müddətlik onu əvəz etmək üçün müəllim kadrlarına ehtiyac yaranır. Bu zaman da məktəb rəhbərliyi ilə qısa müddətlik, yəni daimi olmayan, müddətli müqavilələr imzalana bilər. Amma bu, kütləvi hal deyil.

 

Daimi müqavilə ilə çox bal toplayanın deyil, az bal toplayanın müəllim kimi işə qəbul olması isə mümkün deyil. Birincisi, Bakı üzrə keçid balı 48, regionlar üzrə 36 baldır. Heç bir halda bundan az bal toplayan şəxslər müəllim adına yiyələnə bilməz. Bu cür xəbərlər tamamilə yanlışdır.  Yalnız keçid balını toplayan şəxslər müəllim kimi fəaliyyət göstərə bilər”.

 

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.








Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar