Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Regionlarda rayon təhsil şöbələrinin özbaşınalıqları barədə dəfələrlə şikayət məktubları dərc etmişik.

Qubada işləyən müəllimlər Quba Təhsil Şöbəsində baş verənlərdən yazıblar.

Şikayət məktubunu  olduğu kimi diqqətinizə çatdırırıq.

"Bu məktubu Quba müəllimləri adından ünvanlayırıq. Belə ki, Quba Təhsil Şöbəsinə gələn regional maliyyə yoxlaması Loğman Müslümovun təmir, tikinti, mal- material, dəftərxana ləvazimatı, qanunsuz siniflərin açılması və digər hallarla bağlı yüz minlərlə pulun mənimsənilməsi faktını üzə çıxarıb.  Bu cinayət faktlarından yayınmaq üçün Loğman Müslümov yoxlamaya külli miqdarda pul təklif edib və həmin pulları müəllimlərin boğazından çıxarmağa çalışır. Belə ki, ümumilikdə rayon məktəblərinin üzərinə 300 min manat pul qoyub. Bu da 3000-ə yaxın müəllimi olan rayondan hərəyə 100 manat pul deməkdir. Baxmayaraq ki, bu vəsaitləri idarə müdiri tam olaraq özü mənimsəyib. Amma bu pulları müəllimlərə ödətdirir. Məzuniyyətdə olan müəllimlər geri çağrılaraq, pul tələb edilir və verməyəcəkləri təqdirdə növbəti dərs ilində dərs saatlarının azaldılacağı və ya işlərinin yoxlanacağı ilə hədələnib, şantaj olunur. Bu barədə dəfələrlə müəllimlər Təhsil Nazirliyinə müraciət etsələr də, müvafiq qurum bu məsələyə reaksiya verməyib və vəziyyətin aydınlaşdırılması üçün heç bir iş görməyib. Dövlət orqanlarından əlimiz üzüldüyü üçün sizə müraciət edirik. Xahiş edirik, bu məsələni aydınlaşdırasınız və cənab Prezidentimiz və nazirimiz bu əməllərdən xəbərdar olunsunlar.

Sonda qeyd edək ki, ümumi orta məktəblərə 2-3 min manat, tam orta məktəblərə isə 3-5 min manat arası haqq qoyulub.  

Hazırda Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2 saylı regional müfəttişliyi Qubada Təhsil Şöbəsində yoxlama aparır və pul yığımı kampaniyası davam edir”. 

Quba rayon  Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdiri Loğman Müslümov bildirdi ki,  təhsil müəssisələrində pul yığmaq qadağan edilib. "Müəllimlər məzuniyyətdədir. Məktəbdə pul yığmağa öyrəşməmişik. Müəyyən  adamlar var ki, diaqnostik qiymətləndirmədə aşağı bal yığıblar və qərəzli mövqe tuturlar.  Təhsil şöbəsi olaraq heç kimdən pul tələb etmirik və yığmırıq.  Maliyyə Nazirliyinin yoxlaması var. Bir neçə məktəbdə problemlər var. O da həll edilir. Artıq vəsait dövlətə qaytarılacaq”.

A24.Az



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Bakıda məktəbdən 900 manat pul və sənədlər oğurlayan şəxs tutulub

Bakıda məktəbdən 900 manat pul və sənədlər oğurlayan şəxs tutulub

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri