Xəbərlər / Abituriyent
12 avqust 2017
3 381


Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

 

 
Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib. 

Mərkəzdən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 və ya Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən "Abituriyent” satış köşklərindən almaq olar. Jurnalı həmçinin  www.abiturient.az saytından sifariş etmək mümkündür.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

DİM rezidenturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib

DİM rezidenturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib

Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Magistraturaya imtahan verənlərin nəzərinə

Magistraturaya imtahan verənlərin nəzərinə

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM: Magistraturaya plan yerləri 80.92% dolub

DİM: Magistraturaya plan yerləri 80.92% dolub

Abituriyentlərin nəzərinə: Bu gündən qeydiyyat başladı

Abituriyentlərin nəzərinə: Bu gündən qeydiyyat başladı

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələri bu gün elan olunacaq

Ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələri bu gün elan olunacaq

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı