Xəbərlər / Abituriyent
10 avqust 2017
3 304

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

 Milli Məclis "Təhsil haqqında” qanuna dəyişikliklər edildikdən sonra prezident İlham Əliyev bir müddət öncə sənədi təsdiqləyib.

Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bəs hazırlıq qrupları hansı universitetlərin nəzdində fəaliyyət göstərəcək?

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a bildirib ki, universitetlərdə hazırlıq qruplarının yaradılması Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

"Universitetlərdə hazırlıq qruplarının yaradılmasına növbəti tədris ilindən başlanılacaq. Bu hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Ona görə də belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var”.

Deputat qeyd edib ki, hazırlıq qrupları özəl və dövlət ali təsil müəssisələrində açıla bilər.

"Düşünürəm ki, bu barədə dəqiq məlumatı yaxın zamanlarda Təhsil Nazirliyindən eşidəcəyik”.

Загрузка...
Həmçinin oxuyun:
Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Prezident İlham Əliyev  təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

Bu həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

Nazir hazırlıq qruplarının təşkil olunması barədə məlumatlara münasibət bildirib

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"