Xəbərlər, Digər Xəbərlər
05 avqust 2017
1668

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli bioloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat edib.
 
Azərbaycan prezidenti İlham Əliyev Siddiqə Məmmədovanın vəfatı ilə əlaqədar başsağlığı verib. Nekroloqda deyilir:
 
Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1940–1943-cü illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda oxuyub, 1943-1947-ci illərdə isə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində ali təhsil alıb. Siddiqə Məmmədova 1948-1951-ci illərdə həmin institutun aspirantı olub.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Kənd Təsərrüfatı İnstitutunda başlayan Siddiqə Məmmədova 1963-cü ilədək burada assistent və dosent vəzifələrini tutub. O, 1963-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilmiş və ömrünün sonunadək həmin vəzifədə çalışıb.

Siddiqə Məmmədova 1952-ci ildə kənd təsərrüfatı elmləri namizədi, 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcələrini alıb. O, entomologiya ixtisası üzrə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Siddiqə Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları ilə tanınmış və qazandığı uğurlarla Azərbaycan elminin inkişafına töhfələr verib. Siddiqə xanım əsərlərində bitkilərin mühafizəsində ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlayıb. Alimin aktual mövzulara həsr olunmuş araşdırmaları respublikada aqrar elmlər qarşısında duran bir sıra mühüm vəzifələrin həllinə kömək göstərib.

Siddiqə Məmmədova zəngin elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini uğurla əlaqələndirib. O, uzun illər Kənd Təsərrüfatı İnstitutunda yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf edib. Alimin rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktorları yetişdirilib.
 
Siddiqə Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı çoxillik araşdırmaların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 3 monoqrafiya və 5 tədris vəsaitində əksini tapıb. Müxtəlif ixtiralara görə aldığı 10-dan artıq patent alimin gərgin əməyinin bəhrəsidir. Siddiqə Məmmədova iştirakçısı olduğu mötəbər elmi konfrans və simpoziumlardakı əhatəli çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Siddiqə Məmmədovanın ictimai fəaliyyəti də təqdirəlayiq olub. O, sakini olduğu Gəncə şəhərinin sosial həyatında həmişə yaxından iştirak edərək, öz prinsipiallığı və obyektivliyi ilə nüfuz qazanıb. Siddiqə xanım bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Siddiqə Məmmədovanın ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilib. Alim bir sıra orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən "Şöhrət” və "Şərəf” ordenlərinə, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
 
Görkəmli alim və tanınmış pedaqoq, səmimi insan Siddiqə Rza qızı Məmmədovanın əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
 
Allah rəhmət eləsin!
 
İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Akif Əlizadə
Heydər Əsədov
Mikayıl Cabbarov
Dilqəm Tağıyev
Əhliman Əmiraslanov
Məmməd Salmanov
Məhərrəm Babayev
Qərib Məmmədov
Urxan Ələkbərov
İbrahim Cəfərov
Elmar Vəliyev




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur