Xəbərlər / Digər Xəbərlər
04 avqust 2017
4 513


Tarix müəllimi Cəlilabadda təhsil sahəsində yaşanan özbaşınalıqla bağlı nazirə məktub yazdı - Cəlilabad təhsilində nələr baş verir?

 

 
Cəilabad rayonunda fəaliyyət göstərən müəllimlərdən biri, "İlin müəllimi” seçilmiş tarix müəllimi Zaur Ələkbərov Cəlilabad rayonunda təhsil sahəsində yaşanan problemlərlə bağlı təhsil naziri Mikayıl Cabbarova açıq məktub ünvanlayıb.
 
Həmin məktubu oxuculara təqdim edirik: 

 

Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov Cənablarına
 
Müraciət

Hörmətli Cənab Nazir,

Mən Ələkbərov Zaur Zakir oğlu Xocalı şəhərində anadan olmuşam. Məlum faciə zamanı yaxın qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik , anam yaralanıb, əsir düşənlərimiz olub və çoxundan hələ də bu günkü günə qədər xəbər yoxdur.Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı. Döyüşlərin birində yaralansa da bir müddət sonra yenə də mərhum Prezidentimiz Ulu Öndər Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdırıldıq. Göytəpə şəhər 1 №-li tam orta məktəbi bitirdikdən sonra 1996–cı ildə ADPU-nun Tarix fakültəsinə daxil olmuşam. 2000–ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım Cəlilabad rayonuna, özüm isə hərbi xidmətə yollanmışam. Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005-ci ildə Cəlilabad rayon V. Mürsəlov adına Göytəpə şəhər 1 № li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında nüfuzum, əhali arasında hörmətim nəzərə alınaraq Göytəpə şəhər ağsaqqallar şurasının təklifi ilə Göytəpə şəhər ərazi nümayəndəliyi tərəfindən mənə Göytəpə şəhərinin "Fəxri sakini” statusu verilmişdir. 2012-2013 cü illərdə "Mədəd Azərbaycan” MMC –nin təşkilatçılığı ilə ümumi təhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub bölgəsi və Biləsuvar rayonu üzrə əlaqələndirici koordinatoru olmuşam. 2014 –cu ildə "İlin ən yaxşı müəllimi”müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad rayonunda elektron lövhəsi olan yeganə məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəlliməm. Ailəliyəm, 3 qızım var. 2-ci qrup Qarabağ əlili olan valideynlərimlə birlikdə yaşayıram.

Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı preziden İlham Əliyevin humanist qanunlarının köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı, bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir, əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmiş dövlət müəssisələrindən birində, Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu –sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi.

Heç kimə sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf şarait yaradılsa da, həmin qurumun rəhbərinin vicdanı olmasa, orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqı deyil, gəliri maraqlandırır.
Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti ilə "Mədəd Azərbaycan” təşkilatında tanış olmuşam. Yüksək mədəniyyət və intellektual insanların birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı, dəyər verməyi görmüşəm. O zaman təhsildə şəffaf olan yalnız bu cür təşkilatların fəaliyyəti idi.

Hörmətli Cənab Nazir,

Cənab prezident Sizi Təhsil Naziri təyin etdikdən sonra, təhsilimizdə müsbətə doğru xeyli dəyişiliklər oldu. Gələcəyimizə ümüdümüz artdı. Aparılmış islahatlar nəticəsində Bakı şəhərində birinci sinfə qəbul, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu, direktorların müsabiqəsi, Regional Maliyyə İdarələrinin yaradılması və s. işləri hər kəs tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşlarımızın rahatlığı üçün hər cür şərait yaradılır. Məhz sizin şəffaf idarəçiliyinizin sayəsində "İlin ən yaxşı müəllimi " müsabiqəsində qaliblərdən biri olmuşam. İlin müəllimlərinə Cənab Prezidentin Sərəncamı ilə verilən 5000 manat pul mükafatını gec aldığıma görə məndən çox nazirlikdən tez-tez zəng edən xanımın narahatçılığı insanı heyran etməyə bilmirdi. Keçən il direktorların müsabiqəsində qalib olub,  müəyyən səbəbdən müsahibə mərhələsinə gəlmədiyim üçün də eyni vəziyyət yaranmışdı. Zəng edən nazirlik işçisi səbəbini tam aydınlaşdırmamış və imtina məktubu almamış əlaqəni kəsməmişdi. Sizin gəlişiniz regionlarda hər kəsin ümüdünü artırmışdı. İnanırdıq ki, artıq "bazarkomu” xatırladan təhsil rəhbərlərindən canımızı qurtaracaqsınız. Doğrusu düşünürdük ki, bu qədər müsbətə doğru iş gördüyünüz halda, əziyyətinizə qiymət verməyərək təhsilin vəziyyətini bərbad vəziyyətə salan Elminaz Nadirova kimilər işdən uzaqlaşdırılacaq və ya belə şəxslər rəhbərliyinizdə vəzifə tutmağa cəsarət etməyəcəklər.

Hörmətli Cənab Nazir,

Mətbuatdan oxuduğuma görə Elminaz Nadirova əvvəllər işlədiyi şəhər 7 nömrəli məktəbdə yol verdiyi qüsurlara görə töhmət alıb və sonra RTŞ müdiri təyin olunub. Cəlilabad rayon təhsilində, yaxından tanımasam da Hafiz Cavadov, Nadir Babayev, Ərəstun Hüseynov və s. kimi savadlı kadırlar var. Onlardan kimisə bu vəzifəyə qoymaq bir yana, Elminaz Nadirovanın onlara rəhbər təyin edilməsini ironiya kimi qəbul etməmək olmur. Buradakı bu cür təyinat istər istəməz bütün məktəblərə də təsir göstərir. İşlədiyim V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə ixtisasca geoloq olan səriştəsiz birinin, sonra isə ixtisasını bilməyən, danışıq qabiliyyəti olmayan digər birinin "nəyinsə” müqabilində direktor təyin olunması bir daha sübut edir ki, burada təhsildən başqa hər şey düşünülür. Digər bir problem bu cür insanların rəhbərliyində məktəbə verilən invertarların miqdarı və dəyəri qat-qat şişirdilir, məktəbdə olan "ölü canlar” çoxalmaqda davam edir. Məktəblərdə adı olub, özü olmayan və məvacib kartları rəhbərlikdə olan işçilər var və bunlar rəsmi statistik məlumatda işləyən kimi gedirlər. Bu səbəbdən Cənab Prezidentimiz İlham Əliyev xalq qarşısında çıxış edərkən işsizliyin azaldığını deyəndə, çox adamlar bunu qəbul etmirlər. Məhz Elminaz Nadirova kimi məmurlarımızın sayəsində Cənab Prezidentimiz pis vəziyyətdə qalır, xalqın hökumətə etimadı azalır.

Cənab Nazir,
Cəlilabad təhsilindəki neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin müraciətlərin araşdırılması üçün, RTŞ –nin özünə göndərilməsi insanlarımızın sizə qarşı inamını və etimadını azaldır. Halbuki, Cənab Prezidentin 14 oktyabr 2016 cı ildə sərəncamında korrupsiya haqqında qanuna dəyişiklik edilərək  "Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz” deyilir.
Şikayətçiləri ya pulla, ya da qorxudaraq şikayətlərindən döndərirlər. Fikrindən dönməyənlərə qarşı qərəzli mövqe tutulur, fürsət düşdükcə əzirlər. Məktəbimizin müəllimlərindən şikayət edən şəxslərdən iki nəfərinin işi hələ də məhkəmədədir. Dövlət nümunəli olmayan sənədlə bağlı heç kim məhkəməyə verilmədiyi və nazirlik bu cür sənədi olanlarla bağlı humanist qərar çıxarmasına baxmayaraq, müəllimlərimizi məhz konstitusion hüququndan istifadə etdiklərinə görə incidirlər. Məktəbimizdə müəllimlərimizin dərs yükü normal olmadığı halda dərsləri vakansiyaya çıxarılır. Buna görə etiraz edənlərə isə deyilir ki, Nazir edib. Əgər belədirsə, nəyə görə RTŞ müdirinin himayədarlıq etdiyi və aylıq aldığı digər məktəblərdə vakansiya olduğu halda gizlədilib vakant verilmir….

Hörmətli Cənab Nazir,
Cəlilabad təhsilinin bərbad vəziyyətə düşməsi haqqında əlimdə kifayət qədər faktlar var. Bunları Sizinlə görüşsəm deyəcəm.
Müraciət etməkdə heç bir şəxsi qərəzim, xeyrim yoxdur və bunları təhsilimizin düzəlməsi üçün, şagirdlərimizin pulsuz (repititorsuz) təhsil alması, neqativlərin aradan qaldırılması üçün edirəm. Əksinə məni direktorluq müsabiqəsində iştirak etdiyim bir dönəmdə bu müraciətin mənim üçün zərərli ola biləcəyini düşünüb, məni bu müraciətimdən çəkindirmək istəyən insanlar belə oldu. Lakin mən vəzifəyə görə neqativlərə göz yuma bilmərəm və düşünürəm ki, ən yaxşı vəzifə neqativlərə biganə qalmamaq, dövlətinə və onun prezidentinə xidmət etməkdir. İnanıram ki, təhsilimizi bərbad vəziyyətə salan şəxslər haqqında ölçü götürəcəksiniz.
 
A24.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi