İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 27 993 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 22 848 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 145 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 341 sənəd (713 məktub, 519 ərizə, 109 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.
Qeyd olunub ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (5 849 zəng), çərşənbə axşamı (4 361 müraciət) və cümə axşamı (4 312 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1507 müraciət) və çərşənbə axşamı (1072 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?
Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub
Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub
Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib
"Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də vətəndaşların müraciətinə baxmaqdır"
"Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də vətəndaşların müraciətinə baxmaqdır"
Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüş tarixi bəlli oldu
Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək
Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək
Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib
Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək
Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?
Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib
Zaqatala, Balakən, Qax və Şəki rayon sakinlərinin nəzərinə! Məleykə Abbaszadə görüş keçirəcək
Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib
Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır
vaxtından əvvəl I sinfə qəbula 815 nəfər uşaq müraciət edib -VİDEO
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb
Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb
Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib
Təhsil nazirinin Yardımlı şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib