BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı saytımıza verdiyi müsahibədə Jurnalistika fakültəsində teologiya elminin tədris olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, Jurnalistika fakültəsində dini elmlərin tədris olunmasına ehtiyac var.


QMİ rəsmisinin təklifinə Bakı Dövlət Unuiversitetinin Jurnalistika fakültəsi də münasibət bildirib.


BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu açıqlamasında adıçəkilən fakültədə dini elmlərin tədris olunmasına heç də ehtiyac olmadığını bildirib.


"Dini elmlər təkcə Jurnalistika fakültəsində yox ,digər fakültələrdə də tədris olunmur. Amma teologiya ilə bağlı olan ixtisaslarda tədris olunur. Bu da normaldır. Amma Jurnalistika fakültəsində teologiya elminin tədris olunması nə dərəcədə məqsədəuyğun ola bilər ki?! Burada bir məqam var. Din sahəsindən yazan jurnalistlər bu sahə üzrə müəyyən maariflənmə işlərinə cəlb olunmaqla, kurslar keçməklə dini savada malik ola bilərlər. Sırf Jurnalistika fakültəsinin içində teologiya elminin tədris olunması yersizdir. Buna ehtiyac yoxdur. Məsələyə praktik nöqteyi-nəzərdən də baxmaq istəyirəm. Məsələn, Yaxın Şərq ölkələrindən təhlillər aparıram. İxtisasım isə beynəlxalq jurnalistikadır. Yaxın Şərq bütün dinlərin qovuşduğu yerdir. İlahiyyat üzrə təhsil almasam da, Yaxın Şərqlə bağlı təhlillər, araşdırmalar apardığıma görə istər-istəməz din  sahəsi üzrə kitablar oxumuşam. Burada bir məqam var. Əgər teologiya üzrə yazan jurnalist yetişirsə, vacib deyil ki, Jurnalistika fakültəsində ilahiyyat elmi tədris olunsun. Sonrakı mərhələdə hər şey jurnalistin ixtisaslaşmasından  asılı olacaq və o, üzərində çalışmalıdır. Jurnalistika fakültəsində dini elmlərin tədris olunmasını deyiriksə, o zaman idman sahəsindən yazan jurnalistə gərək idman sahəsi üzrə müəyyən fənlər tədris edilsin. Bu da doğru deyil. Dini elmləri sonradan da öyrənmək olar. Mütləq deyil ki, Jurnalistika fakültəsində teologiya elmi tədris edilsin”. 


BDU-nun dekanı belə bir təkliflə də çıxış edib.


"Teologiya elmi Jurnalistika fakültəsinin tədris planına salınmasa da, belə bir şey etmək olar. Təklif edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi birlikdə din və mənəviyyat sahəsindən yazan jurnalistlər üçün seminarlar, treninq kursları təşkil etsin. Belə bir məsələni reallaşdırmaq çox maraqlı olar. Hətta həmin kursları başa vuran jurnalistlərə sertifikat da vermək olar. Yoxsa ilahiyyat fənninin Jurnalistika fakültəsinin tədris planına salınmasına ehtiyac yoxdur”.

 





Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

ADU-dan yeni qərar: Jurnalistika fakültəsi yaradılır

ADU-dan yeni qərar: Jurnalistika fakültəsi yaradılır

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

BDU-da bu fakültə bağlanır

BDU-da bu fakültə bağlanır

“Nə ali məktəblərdəki plan yerlərini, nə də tələb olunan təhsil haqqını DİM müəyyən edir

“Nə ali məktəblərdəki plan yerlərini, nə də tələb olunan təhsil haqqını DİM müəyyən edir"

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da Jurnalistika kafedrası yaradılıb

ADU-da Jurnalistika kafedrası yaradılıb

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

ADPU-nin Fizika və texnologiya fakültəsində “Fizika günü” keçirilmişdir

ADPU-nin Fizika və texnologiya fakültəsində “Fizika günü” keçirilmişdir

ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar

ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

ADU-da yeni təyinatlar olub

ADU-da yeni təyinatlar olub

Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-

Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-"İpinizi çox boş buraxmışıq"

Dosent BDU dekanının tələbələri hədələməsinə reaksiya verdi

Dosent BDU dekanının tələbələri hədələməsinə reaksiya verdi

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Bu gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika günüdür !

Bu gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika günüdür !