Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik
Azərbaycanda məktəbdənkənar təhsil müəssisələri qrant və ianələr ala biləcək.
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nə müvafiq dəyişiklik edib.
Beləliklə, məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlər, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və qanunvericiliklə qadağan olunmayan digər mənbələr olacaq.
Qeyd edək ki, məkkəbdənkənar müəssisə təhsil sisteminin tərkib hissəsi olub uşaqların, yeniyetmələrin, gənclərin mənəvi və fiziki inkişafını, onların müxtəlif yaradıcılıq tələbatını təmin etmək üçün təsis edilir. Bir və çoxprofilli məktəbdənkənar müəssisələr hərtərəfli inkişaf üçün və asudə vaxtlarını düzgün müəyyənləşdirməkdə uşaq və yeniyetmələrə şərait yaradır. Məktəbdənkənar müəssisələrin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların istirahətlərinin, asudə vaxtlarının, əyləncələrinin mənalı təşkilidir. Məktəbdənkənar müəssisə həmin ərazidə ictimai tələbatın olması nəzərə alınmaqla və bunun üçün kadrlar, zəruri maddi-texniki baza, maliyyə vəsaiti olduqda, Azərbaycan Respublikası yuxarı dövlət idarəetmə orqanları və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, yerli icra hakimiyyətinin qərarı ilə açılır. Şagird və tələbələrin əsas fəaliyyəti, onların marağına görə yaradılmış dərnək, bölmə, studiya, klub, ansambl, teatr və sairə birliklərdə məşğələ, eləcə də digər fəaliyyət növləri vasitəsi ilə həyata keçirilir. Çətin profilli dərnəklər – avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən mürəkkəb idman növləri, habelə rəsm, dekorativ-tətbiqi sənət 8-10 şagirddən, digər birliklər birinci tədris ilində ən azı 15 şagird, sonrakı tədris illərində isə ən azı 12 şagirddən təşkil edilir.
Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib
TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri
Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək
Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək
Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi
Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası
Məktəbdə dərnək rəhbərinin əmək funksiyası
Müəssisə və təşkilatların idarə edilməsi
Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək
Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən
ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası
Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?
Azərbaycan Elm Assosiasiyası təsis edilib Böyüt
Uşaq Birliyi Rəhbərinin əmək funksiyası
Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası
Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ
Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək
Valideyn komitəsinin hüquqları və vəzifələri