Xəbərlər / Abituriyent
01 avqust 2017
6 990


Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

 

 
Bu il Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr və orta bal açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2017/2018-ci tədris ili üzrə abituriyentlərin ümumi imtahan nəticələri qruplar üzrə təxminən ötən ilki səviyyədədir. Qruplar üzrə nəticələrdə müəyyən fərqlərin olduğunu deyən M. Abbaszadə qeyd edib ki, məsələn III qrupda nəticələr daha yaxşılaşıb.
 
Ali məktəblərə qəbul imtahanlarının iki dəfə keçirildiyini xatırladan M. Abbaszadənin sözlərinə görə, abituriyentlərin orta balı onların hər ikisinin ümumi nəticələrinə əsasən hesablanıb: "Belə ki, I qrup üzrə yaz imtahanında 25 054 nəfər iştirak edib və onların orta balı 161,54 olub. Yəni, bu qrup üzrə abituriyentlərin 50%-dən çoxu 161 baldan yuxarı nəticə göstərib. I qrup üzrə yay imtahanında isə 22 267 nəfər iştirak edib. Onların tam yarısından çoxu 193 bal nəticə göstərib. Bu da orta balın təxminən 30 bal artmasını göstərir ki, abituriyentlər öz imtahan nəticələrini analiz edərək ikinci mərhələdə daha yaxşı nəticə əldə ediblər. I qrupda iki imtahan arasında fərqlər maksimum 100 bala qədər olub. Amma ümumi rəqəmləri götürdükdə hər bir abituriyentin nəticəsi 20 bal artıb. II qrup üzrə ilk mərhələdə 18 349 nəfər iştirak etmişdisə, onların orta balı 204, 49 olub. Yəni, 50%-dən çoxu 204 baldan çox nəticə göstərib. Bu qrup üzrə yay imtahanında iştirak edən 17 321 iştirakçının orta imtahan göstəricisi isə 216, 62 bal olub. Bu qrupda iki imtahan arasında 12 bal fərq var qeydə alınıb və bu rəqəm elə də hiss edilmir. III qrup üzrə yaz imtahanında 16 360 abituriyent iştirak edirdisə, burada orta bal 215, 79 bal olub. Yay imtahanında iştirak edən 15 591 nəfər abituriyentin 50%-dən çoxu 264 baldan yuxarı nəticə (orta imtahan göstəricisi 263,67 bal olub) göstərib. Bu qrup üzrə imtahanlar arasında orta balda 50 bala yaxın artım müşahidə edilir. 
IV qrupda isə I mərhələdə 4 455 nəfər iştirak etmişdisə, onların orta balı 265,5  olub, yəni 50%-i bu göstəricidən yuxarı nəticə toplayıb. Yay imtahanında isə 4 248 nəfər iştirak etmişdisə, onların orta balı 334 bal olub. Bu qrupda da kifayət qədər yüksəliş var”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

Hansı abituriyentlər az bal toplayır?

Hansı abituriyentlər az bal toplayır?

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər