DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi » Aztehsil.com

Xəbərlər, Abituriyent
29 iyul 2017
789

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
 Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər nəşr edib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb.

"Abituriyent”jurnalının 4 saylı buraxılışında "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Keçid ballarını da nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Abituriyentlər yeni yaradılmış "Çağrı” mərkəzinə (1653) zəng vurmaqla da onları maraqlandıran suallara cavab tapa bilərlər.

Bundan əlavə, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici video-çarx hazırlanıb. İxtisas seçimi etməmişdən əvvəl həmin video materialı da izləməyi tövsiyə edirik.

Dövlət İmtahan Mərkəzi tərəfindən, həmçinin ixtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində "işçi qrup”lar yaradılmışdır. Qeyd edək ki, "işçi qrup”ların əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi abituriyentin özü tərəfindən həyata keçirilməlidir. "İşçi qrup”lar iyulun 31-dən avqustun 10-dək (saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

DİM (Bakı ş., Nəsimi rayonu, A. Salamzadə 28, Bakı Asiya Universiteti)
DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b);
DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19);
DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100).







Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

Rezidenturaya qəbul imtahanlarında iştirak edən, müsabiqə  şərtini ödəyən namizədlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanlarında iştirak edən, müsabiqə şərtini ödəyən namizədlərin nəzərinə!

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüş tarixi bəlli oldu

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüş tarixi bəlli oldu

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

DİM xəbərdarlıq etdi: Bunu edən abituriyentlərə sıfır bal veriləcək

DİM xəbərdarlıq etdi: Bunu edən abituriyentlərə sıfır bal veriləcək

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı