Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayıb
Bu gündən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I – V) üzrə ixtisas seçimi başlayıb. APA-nın xəbərinə görə, ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.
Müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.
I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
Bu il müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.
Belə ki, aşağıda qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).
I ixtisas qrupu üzrə:
Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır
Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb
Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb
SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!
Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!
Ümumi balı 150-dən az olmayan abituriyentlər üçün şad xəbər
"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"
DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb
9 və 11 illikdən kolleclərə qəbul ŞƏRLƏRİ AÇIQLANDI
Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?
DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib
Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ
Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq
Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..
Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı
"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri
Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB
9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb
Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər
150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz
DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır
Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi
Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir