Xəbərlər, MÜƏLLİM
26 iyul 2017
1630

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Təhsil Nazirliyi bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Abşeron rayonundan vakansiyaların təqdim edilməməsinə münasibət bildirib.


 Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə Abşeron rayonu istisna olmaqla ölkənin bütün bölgələrindən vakansiyalar təqdim edilib.


Qeyd olunub ki, Abşeron rayonu üzrə vakant yerlərin müsabiqəyə çıxarılmamasının əsas səbəbi 2013-2017-ci illərdə bu bölgədən xeyli sayda müəllimin müsabiqədənkənar işə qəbul olunması faktlarıdır: "Təhsil Nazirliyi müvafiq prosedurlara uyğun müəllim olmaq istəyən şəxslərin hüquqlarını pozan bu halı araşdırmaq üçün aidiyyəti qurumların təmsil olunduğu İşçi Qrupunun yaradılmasını təklif edib. İşçi Qrup vakansiyaların təqdim olunmasında ortaya çıxan pozuntuları, eləcə də müəllimlərin işə qəbulunun obyektiv araşdırılması istiqamətində iş aparacaq. Kütləvi pozuntu halları tam araşdırıldıqdan sonra İşçi Qrupunun verdiyi təkliflər əsasında  Abşeron rayonu üzrə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək”.


Xatırladaq ki, dünəndən ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanda artıq 4 min nəfərə yaxın şəxs imtahan verib. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.


İmtahanlarda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla  "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.


İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur.


İmtahanlar avqustun 5-dək davam edəcək.


Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.


Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Azərbaycan RespublikasıTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

 

A24.az






Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar